hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Laqard: “İnflyasiya ilin ikinci yarısında daha da artacaq”

Laqard: “İnflyasiya ilin ikinci yarısında daha da artacaq”

Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard may ayında 2 faiz artan istehlak qiymətlərinin ilin ikinci yarısında daha da artacağını proqnozlaşdırıb.

Cebhe.info xəbər verir ki, ECB sədri Kristin Laqard Avro Bölgəsində may ayında 2 faiz olaraq elan edilən illik İstehlakçı Qiymət İndeksinin enerji qiymətlərindəki artımla 2018-ci ildən bəri ən yüksək səviyyəyə çatdığını, ilin ikinci yarısında daha da artmağa davam edəcəyini, ancaq sonra müvəqqəti təsirlər ortadan qalxmağa başladığında yenidən düşəcəyini təxmin etdiklərini söyləyib.

Laqard və ECB-yə görə güclü irəliləyişlərə baxmayaraq, qeyri-müəyyənliklər davam edir. İqtisadi perspektiv hələ də pandemiyanın gedişatından və iqtisadiyyatların yenidən açılmasına necə cavab verəcəyindən asılıdır. Laqard deyib: "Avrozonada inflyasiyasının ilin ikinci yarısında müvəqqəti təsirlərlə daha da artması gözlənilir. Müvəqqəti təsirlərdən sonra yenidən zəifləməsi proqnozlaşdırılır. İlin birinci rübündə Avrozona 0,3 nisbətində kiçilməyə davam etti. ÜDM 2019-cu ilin birinci rübünün 5,1 faizindən aşağı olub. İş perspektivləri sorğuları bu ilin ikinci rübündə fəaliyyətdə ciddi irəliləyiş olduğunu göstərir. Yoluxma sayı azaldıqca, fəaliyyətlərin artdığını görürük. Mart ayında 1,3 faiz olan illik inflyasiya aprel ayında 1,6 faiz, may ayında 2 faiz səviyyəsinə çatıb. Rüblük qiymətləndirmələri nəzərdən keçirdik. Üç ay əvvələ nisbətən iqtisadi baxışa görə, daha nikbinik. 2-ci rübün əvvəlində başlayan güclü bir bərpa görünür.

Bu, bazarlara mülayim bir nikbinlik gətirir. Həm peyvəndin sürətlənməsi, həm inkişaf etmiş iqtisadiyyatlardakı sürəti aşmağımız, həm də məhdudiyyətlərin tədricən götürülməsi xidmət sektoruna ciddi təkan verir. Xidmət Satın Alma İndeksi (PMI)-ləri 55.2 faizə çatıb. Tarixi rekordlar müşahidə edilib. Əvvəllər güclənməyə başlayan İstehsal PMI hələ də güclüdür və çox yüksək səviyyədə sabitləşib. Buna görə də 2021-ci ilədək böyümə proqnozumuzu yuxarıya çəkdik. Əlbəttə ki, biz də inflyasiya tərəfini izləyirik. Qısa müddətdə inflyasiyanın 1,9 faizə yüksələ biləcəyini gözləyirik. Maliyyələşdirmə tərəfində isə sabit maliyyə şərtlərini görürük. Xüsusilə Hollandiya və Almaniyada korporativ sektorda maliyyədə əhəmiyyətli bir artım var. Həmin ölkələrin öz banklarının maliyyə şərtlərindən necə istifadə etmələri ilə bağlıdır”.

Nigar

Cebhe.info


Oxunma sayı: 1541