hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Lavrov Bakıya ikigünlük niyə gəlir? - Rusiya XİN bəyanat yaydı

Lavrov Bakıya ikigünlük niyə gəlir? - Rusiya XİN bəyanat yaydı

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir".

Bu barədə xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamasında bildirilib. 

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflərə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərindən biridir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Hesab edirik ki, münaqişə yalnız siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll oluna bilər. Bundan sonra da həm ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibində, həm də istər Azərbaycan, istərsə də Ermənistanla yaxın münasibətlərimizi nəzərə alaraq milli keyfiyyətdə həll yoluna töhfəmizi verməyə davam edəcəyik", - açıqlamada deyilib/Report.

Cebhe.info


Oxunma sayı: 683