hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Lavrov yenə statusdan danışdı: “Bunu edə bilsək, 3 il sonra...”

Lavrov yenə statusdan danışdı: “Bunu edə bilsək, 3 il sonra...”

“Mən anlayıram, indi Dağlıq Qarabağın statusunun həll edilməmiş qalması barədə çox danışılır. Bunu son olaraq Minsk Qrupu həmsədrləri ilə razılaşdırmaq lazımdır. İndiki dövrdə onlar status məsələsinə yox, etimad mühitinin yaradılması, humanitar problemlərin həllinə diqqəti yönəldiblər. Bu, ona görə lazımdır ki, azərbaycanlılar və ermənilər birlikdə təhlükəsizlik, iqtisadi yüksəliş şəraitində yaşasınlar”.

Cebhe.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazir bildirib ki, status məsələsinin həllinə ümid edir:

"Mən sizi əmin ediərəm ki, məsələn, 3 il sonra belə olarsa, biz bu həyatı təmin etsək, statusla bağlı bütün məsələlər daha asan həll olunacaq".

Lavrov bildirib ki, indi region paytaxtlarından, münaqişə tərəfi olan ölkələrdən gələn bəyanatlara vurğu etmək istəmir:

“Bir çoxlarında emosiya üstünlük təşkil edir, biz bütün tərəfləri təmkinli davranmağa, normal həyatı bərpa etməyə çağırırıq".

Xəzər
Cebhe.info


Oxunma sayı: 1926