hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Lavrova qəribə gələn “Qarabağ xahişi”: “Rusiya buna heç vaxt yol verməyəcək”

Lavrova qəribə gələn “Qarabağ xahişi”: “Rusiya buna heç vaxt yol verməyəcək”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Dövlət Departamentinin nümayəndələrinin Qarabağ haqqında sənədlərə dair bəyanatını şərh edib.

Cebhe.info xəbər verir ki, bu barədə Lavrovun jurnalistlərə verdiyi açıqlamaya istinadən “RİA Novosti” məlumat yayıb.

Lavrov sözügedən bəyanatı "qəribə xahiş" adlandırıb və bildirib ki, bu bəyanat haqqında təfsilatı ilə Vaşinqton və Parisə diplomatik kanallarla məlumat verilib.
Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bəyan etmişdi ki, ABŞ və Fransa Qarabağ münaqişəsində Türkiyənin rolunun nədən ibarət olacağı haqqında məlumatları gözləyir.

"Mənə bəyanatdakı xahiş qəribə gəldi. Düzü, belə bəyanatlar sadəcə olaraq ya məlumatsızlıqdan, ya da anlaşılmazlığın nəticəsində yaranır",-deyə Lavrov bildirib.

Rusiya Xarici İşlər naziri həmçinin onu da qeyd edib ki, ABŞ Dövlət katibinin müavini səviyyəsində bütün məlumatlardan xəbərdardır.

"ABŞ Dövlət katibi Mayk Pompeo isə hazırda uzunmüddətli xarici səfərdədir",-deyə Lavrov əlavə edib.

Yayılan məlumatlara görə, Mayk Pompeo bildirib ki, son 10 gündə Rusiya və Fransa Qarabağ mövzusunu müzakirə edib və Lavrov şəxsən ayrılıqda təxminən 1 saat fransız həmkarı ilə Qarabağ ətrafında baş verən hadisələrlə bağlı müzakirələr aparıb.

Lavrov daha sonra bildirib ki, Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın yoxlanılmasına Rusiya heç vaxt yol verməyəcək: "Rusiya tam əvvəldən ABŞ-ın da tərkibində olduğu Minsk qrupunun həmsədrləri ilə birlikdə sıx əməkdaşlıq şəraitində işlədi".

Rusiya Xarici İşlər naziri daha sonra xatırladıb: "Oktyabrın 10-da Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri öz bəyanatlarını razılaşdıranda da ATƏT-in Minsk qrupunun həmsədrləri orada iştirak edib və tam olaraq məlumatlandırılıblar. Yeri gəlmişkən deyim ki, bir həftə sonra isə Fransa Prezidenti heç kimlə müzakirə etmədən öz təşəbbüsünü irəli sürdü. Biz də onu dəstəklədik. Baxmayaraq ki, bu, Rusiyanın maraqlarına hansısa ziyanı verə bilərdi, amma biz onu etdik. Bundan bir həftə sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü oldu və yenə də heç bir tərəfin narazılığı olmadı".

“Görünən odur ki, imzalanmış üçtərəfli müqavilə Qərbin , xüsusilə də Fransanın və ABŞ-ın ürəyincə deyil və buna görə "suyu bulandırmağa"çalışırlar”,- deyə xəbərdə vurğulanır.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 203688

Bizim Telegram səhifəmizi izləyin