hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Lavrovdan erməni təəssübkeşliyi: Qondarma soyqırım abidəsini ziyarət edəcək

Lavrovdan erməni təəssübkeşliyi: Qondarma soyqırım abidəsini ziyarət edəcək

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda rəsmi səfərdə olacaq. Amma onun İrəvana səfəri narahatlıq doğurur. Çünki nazirin rəsmi səfər proqramına qondarma soyqırım abidəsinə baş çəkmək də var”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Aydın Quliyev deyib. 

A.Quliyev bildirib ki, Lavrovun bu addımı Rusiyanın özünə də ziyanı olacaq:

“Ermənistanla MDB, KTMT, Avrasiya İqtisadi Birliyi çərçivəsində müttəfiqlik münasibətlərini fəallaşdırmaq səyləri Rusiya üçün təbii və normal olsa da, beynəlxalq münasibətlərin indiki şəraitində Lavrovun proqramında İrəvandakı qondarma soyqırım abidəsinin ziyarətinin daxil edilməsi başadüşülən deyil. Həm də ziyanlıdır. Çünki ən azı Azərbaycan və Türkiyə ilə münasibətlərə sərinlik gətirir. Lavrovun özünə ziyanlıdır, çünki olmayan bir şeyə görə erməni təsirinə uymaq onun kimi diplomat üçün yaxşı görüntü deyil. Bunun faktiki adı erməni lobbisinin təsiri altında qondarma soyqırımı tanıma qərarı vermiş ABŞ konqresmenləri ilə bir sırada dayanmaqdı. Azərbaycana və Türkiyəyə isə ziyanı bəllidir. Nə etmək lazımdır sualının cavabını isə Lavrov özü fikirləşsə yaxşı olar”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 551