hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Lavrovun “sülhməramlı” təklifi: Bakı buna razılıq verəcək?

Lavrovun “sülhməramlı” təklifi: Bakı buna razılıq verəcək?

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama ilə çıxış edib.

Rusiyalı nazir münaqişənin sülh yolu ilə tənzimlənməsinin mümkünlüyünü vurğulayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağda atəşkəs rejiminin saxlanılmasına nəzarət üçün sülhməramlılar yerləşdirilməlidir.

Həmçinin bildirib ki, Rusiyalı hərbi müşahidəçilər nəzarət mexanizminin tərkibinə daxil ola bilərlər.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan politoloq Qabil Hüseynli rusiyalı nazirin səsləndirdiyi fikri qəbuledilməz adlandırıb:

“Sülhməramlıların gətirilib-gətirilməməsi yalnız işğal olunmuş ərazilər tam azad olunduqdan və ora dinc əhali yerləşdirildikdən sonra mümkün ola bilər. O da ancaq bir şərtlə ki, Azərbaycan tərəfi razılıq versə. İndi sülhməramlı qüvvələrdən danışmağın, xüsusilə Rusiyanın bu haqda danışmasının heç yeri deyil. Bizə sülməramlı qüvvələr lazımdır, ya yox, bunu yalnız əhali öz yerinə yerləşdirildikdən sonra müzakirə edə bilərik. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanın ərazisi olduğu üçün bu məsələdə əsas fikir bizimdir. Üstəlik, yaxın qonşulardan biz sülhməramlı qüvvələrin yerləşdirilməsini istəmirik”.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 20010

Bizim Telegram səhifəmizi izləyin