hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

“15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik” - Dərs ili ilə bağlı müzakirə qızışır

“15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik” - Dərs ili ilə bağlı müzakirə qızışır

“Ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15- də başlaması özünü doğrultmur. Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir. İki həftə itirilmiş həftədir. 1 sentyabra qayıtmalıyıq. Dünyanın əksər ölkələrində 1 sentyabra "Bilik günü" assosiasiya olunur”.

Cebhe.info xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib. 

Onun sözlərinə görə, təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də başlayır:

“Sakura çiçək açanda. Görünür ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib. 

Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr "Bilik günü" nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi”.

Cebhe.info


Oxunma sayı: 1750