hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

“40+40”da ayaqüstü söhbət: “Mən də belə dəliyəm də, ölümüm də Azərbaycanda olacaq” - MÜSAHİBƏ

“40+40”da ayaqüstü söhbət: “Mən də belə dəliyəm də, ölümüm də Azərbaycanda olacaq” - MÜSAHİBƏ

Onu Azərbaycanda çoxları “Mamaşa” deyə tanıyır. Bu sözü demək kifayətdir ki, söhbətin kimdən getdiyini açıqlamağa ehtiyac qalmasın. Milli Azadlıq Hərəkatının simvollarından biridir. Ən dar məqamlarda sığındığımız ünvan olub. Evi də, ofisi də ürəyi kimi daim üzümüzə açıqdır. Pulumuz olmayanda cibimizə pul qoyub, müşkülümüz olanda onu yoluna qoyub. Hərəkatın “kimsəsizləri”nin kimsəsi olub.

Onu tanıyanlar qədər tanımayanlar da sevir. Nədən ötrü müraciət etsən, “yox” sözü eşitməzsən. Özü edəcək, kimdənsə xahiş edəcək, amma edəcək. Həm də təkcə qadınların problemini yox...

Bizim “Mamaşa”mız belədir...

Növbəti doğum günündə onunla həmsöhbət olmaq istəyimizi eşidəndə zarafatla “40+40 yazacaqsınızsa, olar” deyib razılaşdı. Biz isə “40+40” yox, 40 olmasını istəyərdik. Azərbaycana lazım olan dəyərli insana - Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğluna daha bir 40 ilin də Tanrının Azərbaycan xatirinə bəxş etməsini ürəkdən istəyirik.

-Novella xanım, sizə Azərbaycanda “Mamaşa” deyən nə qədər insan olar?

-Minlərlə insan mənə “Mamaşa” deyir, girin “Facebook”-a baxın. Orada görmək olar. Mənim ən boyuk mükafatım bu sözdür. Azərbaycanda hamı məni ana kimi görür.

-Bu qədər insanın birdən “Mamaşa”sı olmaq necə hisdir?

-Çox gozəldir, sözlə ifadə edə bilmirəm. Qürur duyuram ki, Azərbaycanda məni belə tanıyıblar, belə görüblər.

- Bəs hökumətdə, əlaqə qurduğunuz rəsmi dairələrdə sizə necə müraciət edirlər?

-Hökumətdə də mənə çoxu “Mamaşa” deyir. Deputatlar da mənə belə deyirlər, hökumət də elə deyir.

-Hansı daha çox xoşunuza gəlir?

-Açığını deyim ki, ikisi də. Bununla qurur duyuram ki, məni hər tərəf belə qəbul edir. Bu, hüquq mudafiəcisinin ən böyük uğurudur.

-Uzun illər insan hüquqları, demokratya uğrunda mubarizə apardığınız Azərbaycanda bu gün nə xosunuza gəlir, nə gəlmir?

-Azərbaycanda dəyisikliklər cox olub. Ən birinci uğurumuz Qarabağın azad edilməsidir. Bu, hamımızın bir yerdə qələbəmizidir. Biz müharibədə olmadıq, amma burada isimizi gördük, ailələrə komək etdik. Buna çox sevinirəm, nəhayət ki, torpaqlarımız azad olundu.

İkincisi, qadınlarla bağlı dəyisikliklər var, qadınlar yüksək vəzifələrə irəli cəkilirlər. Məsələn, istəyirdim ki, icra hakimiyyətləri ləğv olunsun, əvəzində Türkiyədəki kimi valiliklər yaradılsın, bələdiyyələrin rolu artsın. Qadınlar rüsvətə az meyillidirlər, qorxaq deyillər, ailələrini necə dolandırırlarsa, insanlara da elə münasibətləri olacaq.

Spiker, Ombudsman qadındır, digər vəzifələrdə də qadınlar var. Mən istəyərdim ki, günder bərabərliyi daha cox qorunsun, parlamentdə qadın azdır, ən azı 40 faiz qadın olsun.

-Bəs niyə namizədliyinizi vermədiniz?

-Mən hec vaxt deputatlığa can atmadım. İndi yaşlanmışam, amma əvvəl də buna cəhd etməmisəm. Mənim fikrimcə, insanın ürəyi harada istəyirsə, orda da işləməlidir. Mən hələ də qadın cəmiyyətinin sədriyəm, bilmirəm nə qədər işləyəcəyəm, bəlkə bir il, bəlkə yarım il, amma sözümü deyə bilirəm,

-Deputat olsaydınız, sozünüzü deyə bilməyəcəkdiniz?

-Bilirsiniz ki, bəzi deputatlar necə secilir. Mən namizəd olsaydım, yəqin ki, camaat məni seçərdi. Amma deputat olsaydım, elə mövqe var ki, oradan cıxa bilmirsən. Bu gün isə mən Azərbaycanda da, beynəlxalq təşkilatlarda da sözümü deyə bilirəm.

-Deməli, məsələ təkcə sözü demək deyil, onu həm də qəbul etdirməkdir.

-Bəli, 15 ildir Avropada beynəlxalq təşkilatlarla işləyirəm, bizim sözümüz deputatların sozündən daha keçərlidir. Bizə daha çox inanırlar, tutaq ki, elə siyasi məhbuslar məsələsində.

-Bu gün Azərbaycanda iqtidar müxalif qüvvələrlə dialoq qurur. Dialoqa ilk cığır açan adam kimi bu prosesi yəqin ki, izləyirsiniz, necə təəssüratınız var?

- Bunu izləmək cox gozəldir. Hami bir-birinin sözünə qulaq assa, dinləsə, problemlər həll olunar. Bəlkə qarşı tərəf də düz deyir? Biz necə illərdir bu dialoqa cağırırıq. Biz düsmən deyilik. Müharibədə mühacirədə olan bloggerlər, jurnalistlərin bəzisi istisna olmaqla digərləri normal danışdı. Bəziləri indi də əks-fəaliyyət göstərirlər.

Bunu ermənilər etmir, amma mən onlarla da danışmağa çağırıram, lap qoy hökumətlə yox, bizimlə söhbət etsinlər. Nə xoşlarına gəlmir? Bəlkə nəyisə düz deyəcəklər? Hər kəslə isləmək lazımdır, beynəlxalq təşkilatlarla xüsusilə. Səfirliklər aktiv olmalıdır. Onlar Azərbaycanın imicini qorumalıdır. Mühacirətdə olan insanlarla ünsiyyət olmalıdır. Birlik bizi hər şeydən qurtaracaq, müharibəni Ali Bas Komandanın rəhbərliyi ilə qələbəylə bitirdik, xalq birlik göstərdi, burada da, mühacirətdə olanlarla da. Orda cox sanballi insanlarımız var, cox düzgün danışırlar, oranın mühitini bilirlər, onlarla dialoq vacibdir, kim qəbul edəcək-etməyəcək özü bilər, amma dialoq vacibdir.

Azərbaycanı, dövləti qorumaq üçün elə zaman gəlir ki, hansısa tərəf güzəştə getməli olur. Elə məsələ var ki, hökumət, eləsi var ki, müxalifət güzəştə getməlidir. Müharibə bitib, amma ermənilər dinc dayanmır axı, hazırlaşırlar. Mariya Zaxarova deyir ki, YUNESKO-nu göndərəcəyik ki, Qarabağda xaçkarlara baxsın. Biz indiyə qədər kimin xackarına əl vurmusuq? Bakının mərkəzində erməni kilsəsi necə varsa, elə də durur, əl vurmuşuq? Qarabağda üçüncü müharibə olmaması üçün birliyimiz vacibdir. Hökumətin də, müxalifətin də.

-Azərbaycanda hazırda ən çox xoşunuza gəlməyən, sizi narahat edən nədir?

-Korrupsiya. İsrail Prezidenti deyir ki, korrupsiya vətənə xəyanətdir, onunla 7 qatına qədər mübarizə aparmaq lazımdir. Bu gün Prezident addımlar atır, bəziləri vəzifədən azad edilib, bəziləri tutulub. Onların oğurladığı pullar Azərbaycandan xaricdədir. Qanun olmalıdır ki, qeyri-leqal pul qazananlar bu vəsaiti leqallaşdırsın və Azərbaycana gətirsin. Ancaq, məsələn, Qarabağın bərpasına, inkişafına yönlətsinlər, leqal biznes açsınlar.

-Novella xanım, peyvənd olunmusunuz?

-Mən yoluxmuşdum, antitel yaranıb, ancaq yaşıma görə azdır. Müraciət etdim, dedilər ki, antitel var deyə hələ vurmaq olmaz. Gözləyirəm.

-Burada vurduracaqsınız, yoxsa İsraildə?

-Burada. Mən heç gedib orada yasaya bilmərəm, yoldaşım, oğullarım, nəvələrim ordadır. Gedirəm, gəlirəm, amma buradan birdəfəlik gedə bilmirəm, onlar da məni basa düsdülər, mənim orada olmağımı çox istəmələrinə baxmayaraq, qərarıma hörmət etdilər. Buna görə də onlara təşəkkür edirəm. Halbuki getsəydim, orada daha yaxşı yaşayardım. Övladlarım bu imkanı mənə yaradardı. Amma getmədim, gedə bilmədim, mən Azərbaycanı qoyub başqa yerə gedə bilmərəm ki... Yəqin ki, mən də belə dəliyəm də, ölümüm də Azərbaycanda olacaq.

Elnarə Kərimova

Cebhe.info


Oxunma sayı: 4775