t “51 nəfər sertifikat aldı" - Qulu Novruzov
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

“51 nəfər sertifikat aldı" - Qulu Novruzov

“51 nəfər sertifikat aldı" - Qulu Novruzov

Prezident İlham Əliyevin  30 dekabr 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı cari ildə “Könüllü gömrükçülər” dəstəsinə cəlb olunacaq tələbələrin sayının artırılması məqsədilə Akademiyanın tələbələri arasında könüllülərin fəaliyyətinin ictimai həyatda rolu və gənclərin özlərini təsdiq etməsində əhəmiyyəti ilə bağlı təbliğat-təşviqat işlərinin gücləndirilməsi nəzərdə tutulub.   

Cebhe.info xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov gənclərin qarşısında duran vəzifələri şərh edərkən deyib.

O, könüllülük hərəkatının həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu vurğulayaraq, Akademiyada gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət ruhunda yetişdirilməsi istiqamətində təlim-tərbiyə işlərinin aparıldığını qeyd edib.

Qulu Novruzov 2020-ci ildə bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

O, bildirib ki, ötən il ilk “Könüllü gömrükçü” dəstələrinə Akademiyanın 62 tələbəsi cəlb olunub, onlardan 51 nəfəri könüllülük fəaliyyətini müvəffəqiyyətlə başa vuraraq sertifikat alıb.

Akademiyanın tələbələri “Könüllü gömrükçü” dəstələrində aktiv şəkildə təmsil olunurlar” – deyə Akademiya rəisi qeyd edib.

Cebhe.info


Oxunma sayı: 562