hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

“53 milyard barrel ehtiyata malik neft yatağı aşkarladıq...”

“53 milyard barrel ehtiyata malik neft yatağı aşkarladıq...”

İran prezidenti Həsən Ruhani ölkəsində nəhəng neft ehtiyatlarına malik yeni neft yatağının kəşf olunduğunu elan edib. Virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir  ki, prezident Ruhani bu haqda noyabrın 10-da, Yəzd şəhərindəki mitinqdə açıqlayıb.

“Biz 53 milyard barrel ehtiyatlara malik yeni neft yatağı kəşf etmişik. Yataq Xuzestan əyalətindədir, sahəsi 2.4 min kvadratmetrdir”,-İran prezidenti deyib.

Ruhaninin sözlərinə görə, həmin nəhəng neft ehtiyatları yerin cəmi 80 metr dərinliyində yerləşir. Əgər deyilənlər doğrudursa o zaman yeni yataq İranın 65 milyard barrel ehtiyatlara malik Əhvaz neft yatağından sonra ikinci olacaq.

 

İran rəhbəri deyib ki, yeni yatağın kəşfi ölkənin neft ehtiyatlarının üçdə bir həcmində artmasına səbəb olacaq.

“Global Firepower”in hesabatına əsasən hazırda dünyada ən çox neft ehtiyatına malik ölkə Venesueladır-300 milyard barrel.269 milyard barrel ehtiyatla Səudiyyə Ərəbistanı və 171 milyard barrellə Kanada ikinci və üçüncü yerlərdədir. İranın isə sübut olunmuş neft ehiyatları 158 milyard barre idi.

Qeyd edək ki, İran ABŞ-ın sərt sanksiyalarının təsiri altındadır və bu üzdən neft ixracını kəskin məhdudlaşdırmağa məcbur olub.

Cebhe.info


Oxunma sayı: 606