hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“60 manat əlavəyə görə niyə ailəsini riskə atsın…” – Baş redaktordan nazirə cavab

“60 manat əlavəyə görə niyə ailəsini riskə atsın…” – Baş redaktordan nazirə cavab

“Yaxşı ki, yumşalmalar başladı. Adamın gözünə bir işıltı gəlir. Bir anlıq düşünürsən ki, həmişəki həyatımızı yaşaya biləcəyik. Ancaq bəzən deyilən hansısa fikir adamın gözünə görünən o işıltının qabağını kəsmək istəyir”.

Bu sözləri “Cümhuruiyət” qəzetinin baş redaktoru Rafel Becanov deyib.

O bildirib ki, Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış başqa birisi çıxıb deyir ki, 190 manat istəyənlərə 250 manatlıq iş təklif edirik, istəmirlər:

“Adam evdə ola-ola 190 manat ala bilərkən, niyə 60 manat əlavəyə görə özünü, evindəki uşağı, qocanı risk altında qoysun? Lap elə özünə niyə 60 manata görə əziyyət versin? Axı, biz hamımız aylardı o adamlara deyirik “evdəqal”. İndi cəmi 60 manata görə ona “evdən çıxı” necə deyək?! O adamlara 300-400 manatlıq, 500 manatlıq iş təklif edilmir axı!”

“Çox çətindi… Sadəcə, sevinməyə dəyər ki, yumşalmalar başladı” deyən Rafel Becanov, günəmuzd işləyənlərin bir qisminin işinə çıxacağının sevindirici olduğunu bildirib:

“Evinə çörəkpulu aparacaq. Güman edək ki, indiki durum saxlanılsa, insanlarımız da üzərlərinə düşəni məsuliyyətli şəkildə davam etsələr, günəmuzd işləyənlərin digər qisminin də üzünə günəş doğar. Yəni onların da iş yerləri açılar. Kafelərdə-restoranlarda günəmuzd işləyənlərin, “Sədərək”də, “Binə”dəki arabaçıların və s… Elə yerli turizmin də, regionlarda şəhər camaatının hesabına dolananların da. Yol qırağında “şəhərlilərə” mer-meyvə satanlardan tutmuş evini kirayəyə verib qış üçün azuqə toplayanlara qədər…”

Cebhe.info


Oxunma sayı: 8130