hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

“ABŞ Çin qarşısında mövqelərini itirir” - Lukaşenko

“ABŞ Çin qarşısında mövqelərini itirir” - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Çin və ABŞ-ın dünyanı yenidən bölüşdürmək uğrunda mübarizə apardıqlarını bildirib.

Cebhe.info xəbər verir ki, bu barədə “Belarus 1” telekanalı məlumat yayıb.

A.Lukaşenkonun sözlərinə görə, “yeni fövqəldövlət” ABŞ-a meydan oxuyur. O, həmçinin, Çini “güclü nüvə nəhəngi” adlandırıb.

“Əlbəttə, bu, amerikalıları narahat edir. İnhisarçını narahat etmək nə deməkdir? Bu, yoxsullaşmaq deməkdir”, - deyə A.Lukaşenko bildirib.

Belarus lideri, eyni zamanda, Çinin ixrac baxımından birinci, istehsal üzrə isə ABŞ-dan sonra ikinci yerdə olduğunu xatırladıb. Prezident əlavə edib ki, Çin ən müasir silahları mənimsəyib və “kosmosa çıxıb”.

“ABŞ mövqelərini itirməyə başlaması təhlükəsini hiss edir”, - deyə A.Lukaşenko vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 2707