hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

“ABŞ-ın “gəl danışaq” mesajı Tehran siyasi dairələrini ikiyə bölüb” – ŞƏRH

“ABŞ-ın “gəl danışaq” mesajı Tehran siyasi dairələrini ikiyə bölüb” – ŞƏRH

“ABŞ və İran arasında davam edən siyasi-iqtisadi müharibənin hərbi müstəviyə keçməsi az ehtimal olunsa da, diplomatik jestlər Vaşinqton tərəfindən edilir”. 

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

Politoloqun sözlərinə görə, Tramp ilk olaraq əzələ nümayiş etdirir, sonra isə danışıqlara dəvət edir, şərtlərini irəli sürür:

“İrana eyni ssenari tətbiq edilir. ABŞ-ın “gəl danışaq” mesajı Tehran siyasi dairələrini ikiyə bölüb. İslahatçılar qanadı danışıqlara meyilli, mühafizəkarlar dirənişi axıra kimi davam etdirməyi planlayır. Ümumi olaraq hər iki tərəf diplomatik danışıqlarla problemi həll etməyə məhkumdurlar. Fikrimcə, Azərbaycan ABŞ və İran arasında vasitəçi olub, danışıqların Bakıda keçirilməsini təklif edə bilər. Nəzərə alaq ki, NATO - Rusiya danışıqları Bakıda keçirilib. Ölkəmiz bu kimi məsələlərdə təcürbəyə malikdir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1354