hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“ABŞ-ın məqsədi İranı çökürtməkdir” - Xameneyi

“ABŞ-ın məqsədi İranı çökürtməkdir” - Xameneyi

İranın Ali dini lideri Ayətullah Əli Xameneyi Qurban bayramı münasibətilə televiziya vasitəsilə canlı yayımda ABŞ-ın sanksiyaları ilə bağlı açıqlama verib.

Cebhe.info xəbər verir ki, Xameneyi açıqlamasında ABŞ-ın rəsmi Tehrana tətbiq etdiyi sanksiyaların məqsədinin yaxın zamanda xalqla hakimiyyəti üz-üzə qoymaq, müəyyən bir zamandan sonra isə İran iqtisadiyyatını çökürtmək olduğunu deyib.

Dini lider bu sanksiyaların yalnız İran İslam Respublikasına deyil, bütün İran xalqına qarşı tətbiq olunduğunu vurğulayıb.

ABŞ-ın bu siyasətlə İranın bölgədəki millət vəkilləri əlaqəsini kəsməyə çalışdığını da bildirən Xameneyi onların istədiyi olmadı və olmayacaq.

“Məqsədlərinə çata bilmədiklərini və şiddətli təzyiqlərinin məqsədinə çatmadığını özləri də etiraf etdilər”, - deyə qeyd edib.

Sanksiyaların yaratdığı çətinliklərdən də danışan Xameneyi, onların müxtəlif problemlər yaratdığı qeyd edərək, çətinliklərin yalın saksiyalardan qaynaqlanmadığını bildirib.

Dini lider qeyd edib ki, bu çətinliklər həm də idarəçilik problemlərindən və koronavirus tədbirlərindan yaranır. Çıxışında ABŞ-la danışıqlar ehtimalını da rədd edən Xameneyi bunun İranı müdafiəsiz vəziyyətə gətirəcəyini söyləyib. ABŞ-da irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyalarına da münasibət bildirən dini lider bunun Amerika siyasi sisteminin çöküşünə yol açacağını da qeyd edib.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1024