hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

“ABŞ-ın YPG-dən imtina etməsi gözlənilmir” - ŞƏRH

“ABŞ-ın YPG-dən imtina etməsi gözlənilmir” - ŞƏRH

“Türkiyənin şimali Suriyada təhlükəsizlik dəhlizi yaratması istiqamətində Vaşinqtonla apardığı danışıqlar nəticə verməsə, o zaman Ankara YPG terror təşkilatına qarşı Fəratın şərq sahilində hərbi əməliyyatlar həyata keçirəcək”.

Cebhe.info xəbər verir ki, bu fikirlərlə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Politoloq deyib ki, Türkiyənin cənub sərhədlərində YPG terror təşkilatının inkişafı regiona xaos vəd edir. İŞİD-dən sonra bu terror təşkilatı regionda stabilliyi təhdid edəcək:

ABŞ-ın bu terror təşkilatını müdafiə etməsi, lojistik dəstək verməsi Suriyada yeni kürd muxtariyyətinin yaradılmasına hesablanır. Türkiyə əgər geri çəkilsə, burada terror mərkəzi yaradılacaq. ABŞ ya Türkiyənin, ya da YPG terror təşkilatının yanında olacaq. Danışıqlar aparılır. ABŞ-ın YPG-dən imtina etməsi gözlənilmir”.

Politoloqun fikrincə, Vaşinqton Fəratın şərqində Türkiyəyə güzəştə getməsə, iki dövlət arasında münasibətlər daha da kəskinləşəcək:

“Ankara Vaşinqtondan daha da uzaqlaşacaq. Bu, birbaşa ABŞ-ın regionda siyasətinə mənfi təsir edəcək. ABŞ ona görə Fəratın şərqini Türkiyəyə güzəştə getmir ki, bura neft yataqları ilə zəngindir və YPG terror təşkilatı neft satışı ilə öz mövcudiyyətini daha da inkişaf etdirəcək.

Qeyd edim ki, Türkiyə tarixinin yeni Çanqqala savaşı ilə üz-üzədir. Öz milli təhlükəsizliyi və suverenliyi uğrunda mübarizə aparır. Təəssüf ki, Türkiyənin bu əməliyyatlarına nə Rusiya, nə də İran dəstək verir. Baxmayaraq ki, Suriya münaqişəsində hər üç ölkə koordinasiyalı fəaliyyət göstərir.

Ankara mütləq şəkildə Fəratın şərqində terror təşkilatının inkişafına imkan verməyəcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1277