hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıq artır” - EKSPERT

“ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıq artır” - EKSPERT

ABŞ-Çin “ticarət müharibəsi”nə yeni bir gərginləşdirici element də daxil olub. ABŞ özünün texnoloji imkanları insan haqlarının pozulmasında hökumətlərinə dəstək verən Çinin xeyli sayda şirkətini sanksiya siyahısına salıb. Çin rəsmilərinin açıqlamalarından görünür ki, bu addımdan “ticarət müharibəsi” qədər narahatlıq var”.

Cebhe.info xəbər verir ki, bu fikirlələ iqtisadçı-ekspert Rövşən Ağayev çıxış edib.

Ekspert qeyd edib ki, Beynəlxalq Valyuta Fondu isə dünən açıqladı ki, 2 ölkə arasında “ticarət müharibəsi” 2020-ci ildə qlobal ÜDM-i 700 mlrd. dollaradək azaldacaq:

“ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıq da artır. Dünyanın ən nəhəng iqtisadiyyatı likvidlik problemilə üzləşib. Federal Ehtiyat Sistemi (FES) repo əməliyyatları vasitəsilə pul bazarına 150 mlrd. dollara yaxın vəsait inyeksiya etsə də, defisit probleminin həll olunmadığı görünür. 

Banklararası bazarda günlük kreditləşmə üzrə faizlər birdən-birə 4 dəfə artması FES-i bu addımı atmağa məcbur etmişdi.

Faiz siyasətinin yumşaldığı şəraitdə repo dəstəyinin belə likvidlik defisiti problemini həll edəcəyi deyəsən mümkün görünmür. FES son 5 ildə ilk dəfə yenidən kəmiyyət yumşaldılmasına getməli olacaq.

2008-2014-cü illərdə çap maşını hesabına həyata keçirdiyi “QE” proqramı nəticəsində FES-in balansı 5 dəfə artaraq 900 mlrd. dollardan 4.5 mlrd. dollara çatıb. “QE” proqramı FES tərəfindən aktivlərin maliyyə institutlarında alınması və onları böyük həcmdə likvidlik imkanın təqdim edilməsidir.

Son bir ildə isə balansın əvvəlki həcmə qaytarılması istiqamətində addımlar artıq yarımçıq saxlandı. Bu baş verənlər bütün bəyanatlara, bəzi makroiqtisadi göstəricilərin yaxşı olmasına baxmayaraq, 1 N-li iqtisadiyyatda narahatlıqlar olduğunu göstərir. Hətta FES-in son iclasının icitimaiyyət üçün açıqlanan protokollarının stenoqramı göstərir ki, qurumda olan peşəkarlar yaxın dövr üçün ABŞ-da yeni ressesiya riskini real sayırlar.

Eyni zamanda Asiya və Avropanın iqtisadi nəhənglərinin demək olar ki, hamısında iqtisadi artımın zəifləməsi müşahidə edilir. Ötən həftə ABŞ neft hasilaıtnda yeni rekorda çıxdı - gündəlik hasilat 200 min barel artaraq 12.6 mln. barelə çatdı. Neft məhsullarının ixracı da ilin əvvəlindən 20% artaraq tarixi rekord göstəriciyə yetişib”.

Ekspert dünyada baş verən bu prosləri Azərbaycanla da əlaqələndirib:

“Əsas narahatlıq odur ki, yeni bir gərginlik neft bazarını yenidən çalxalasa, ən böyük zərbəni dayanıqlı iqtisadi inkişafa malik olmayan resurs ölkələri alacaq. Azərbaycan iqtisasiyyatı 2015-2016-cı ilin iqtisadi şokundan hələ də özünə gələ bilmir. 2020-ci il maraqlı və gərgin il olacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1167