hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“ABŞ öz regionunda artan təhlükəni görmür” - Ekspert

“ABŞ öz regionunda artan təhlükəni görmür” - Ekspert

“Rusiya və Boliviya arasındakı münasibətlər, xüsusilə nüvə enerjisi sahəsində əməkdaşlıq inkişaf edəcək”.

Cebhe.info xəbər verir ki, bunu siyasi ekspert Turan Rzayev deyib. O, Morelesin Rusiya səfərinin siyasi bir mesaj xarakteri daşıdığını bildirib:

“Boliviya prezidenti Evo Morales Rusiyaya səfər edib. Səfər zamanı Moraleslə Rusiya prezidenti Vladimir Putin arasındada öncə ikitərəfli, daha sonra isə geniştərkibli görüşlər keçirilib. Görüş zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov, prezident köməkçisi Yuriy Uşakov, energetika naziri Aleksandr Novak, Bolivya xarici işlər naziri Diego Pary Rodriguez, nidrokarbon naziri Louis Sanchez və energetika naziri Rafael Alarcon iştirak edib. Görüş zamanı Putin ikili diplomatik münasibətlərin 120 ilə yaxın bir müddətdir olduğunu və son illərdə daha da inkişaf etdiyini vurğulayıb. Tərəflərin xüsusilə energetika sahəsindəki uğurlarına diqqət çəkən Putin “Gazprom” və “Rosatom”un Boliviya iqtisadiyyatına verdiyi faydalardan danışıb. Hələ soyuq müharibə zamanı Latın Amerkası ölkələrinin bir çoxu SSRİ meyilli siyasət aparıb. Səbəb isə ABŞ-ın bu ölkələrin daxili siyasətinə demokratiya adı altında müdaxilə etməsi idi. Bu gün də bir çox Latın Amerikası ölkəsi ABŞ-a nəzərən Rusiyanı özlərinə daha etibarlı tərəfdaş kimi görür.Təbii ki , Rusiyanın Latın Amerikasında artan prestiji ilk növbədə ABŞ-ı narahat etməkdədir. Aydın məsələdir ki, Moralesdə bir çox Latın Amerkası ölkəsi kimi azad xarici siyasət aparmaq istəyir və məhz bu səbəbdən daha etibarlı, daha gəlirli partniyora ehtiyacı var. Rusiyanın enerji və hərbi sahədəki uğurları inkişaf etməkdə olan və azad xarici siyasət aparmaq istəyən Boliviyanın maraqlarına uyğundur”.

Ekspert hesab edir ki, Rusiya və Boliviyanın münasibətləri nüvə enerjisi sahəsində daha da inkişaf edəcək:

“Rusiyanın nüvə enerjisi sahəsində ixtisaslaşması və apardığı uğurlu siyasəti öz növbəsində Latın Amerkası ölkələrinin diqqət mərkəzindədir. Bunu deməyimə səbəb Bolivya prezidentinin Putinlə görüş zamanı iki ölkə arasında nüvə enerjisi sahəsində perspektivlərin olduğuna diqqət çəkməsi, gələcəkdə Boliviyanında bu enerjidən faydalanmaq istəyəcəyi və bu sahədə ən təcrubəli tərəftaş kimi Rusiyanı görməsidir. Boliviya prezidentinin bu görüşü nə qədər işgüzar xarakter daşısa da, deyə bilərəm ki, bu, özlüyündə siyasi bir mesaj xarakteri daşıyırdı. Tək Boliviya deyil, başqa bir Latın Amerkası ölkəsi olan Venesuelanın da eyni cür Rusiyaya yaxınlaşması son illərdə müşahidə olunmaqdadır. Görünür, ABŞ digər regionlardakı maraqlarına o qədər fokusdanıb ki, öz regionunda artan təhlükəni görmür”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1409