hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

“ABŞ Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək” – POLİTOLOQ

“ABŞ Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək” – POLİTOLOQ

"ABŞ Rusiya Cənubi Qafqazda yeni strategiyasında Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək. Bayden Ağ Evə gəldikdən sonra administrasiyanın Cənubi Qafqazla bağlı siyasəti müəyyənləşməmişdi".

Cebhe.info xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, D.Tramp prezidentliyinin regionla bağlı dönəmində boşluqlar yaranıb:

"Bu da müəyyən dərəcədə müsbət nəticələndi. Məhz Qarabağ müharibəsindən sonra yeni bir nizamın formalaşması, Azərbaycan və Türkiyə tandeminin önə çıxması, bu prosesdə Rusiyanın da regionda aktivliyi Vaşinqtonun regionla bağlı strategiyasında yeni bir dəyişikliyə və aktivliyə yol açdı.

Qeyd edək ki, Rusiyanın Cənubi Qafqazda inkişaf edən siyasi-hərbi planlarına qarşı ABŞ-ın təkbaşına mübarizə aparması xeyli dərəcədə zəifləyib. Məhz Bayden Putin görüşündə Cənubi Qafqazda postmüharibə dövründə cərəyan edən Ermənistan Azərbaycan arasında yaşanan gərginliklər müzakirə edilsə də, tərəflərin regionla bağlı siyasətində diametral fərqlilik qalacaq.

Çünki Vaşinqtonun Rusiyanın regionda güclənməsini qəbul etməsi özünün Gürcüstan və Ermənistandakı siyasətinə ciddi zərbə vurur".

Politoloq qeyd edib ki, ABŞ məhz bu məsələdə Türkiyə amilindən istifadə edərək Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətmək siyasətinə üstünlük verməsi gözlənilir:

"Belə ki, ABŞ dövlət katibinin köməkçisinin regiona səfəri məhz bu planın tərkib hissəsidir. ABŞ Türkiyə vasitəsilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Əfqanıstan siyasətində yeni bir strateji xətt ortaya qoyması reallaşır. İsveçrədə Bayden və Ərdoğanın görüşündə bu kontekstdə danışıqlar aparılacağı və razılaşmalar əldə ediləcəyi istisna deyil.

Əsasən, Ərdoğanın Şuşaya gəlişi və buradan verəcəyi mesajlar Türkiyənin regional gücünü ortaya qoymuş olacaq və ABŞ da bu məsələdə onunla həmrəy olacaq.

Regionda ciddi dəyişikliklər gözlənilir və baş verənlər Azərbaycana müsbət perspektivlər vəd edir.

Buna baxmayaraq, Rusiya Qarabağda öz məsuliyyət zonasında situasiyanı gərginləşdirə, hətta separatçıların əli ilə atəşkəsi poza bilər. Bu da Azərbaycan üçün əlavə dividentlər əldə etməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, ABŞ regiona Türkiyə vasitəsilə daxil olur. Hazırkı müstəvidə bu Azərbaycanın maraqlarına uyğundur".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 3004