hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“ABŞ və İran Yaxın Şərqdə “vəkalət müharibəsi” aparır” – ŞƏRH

“ABŞ və İran Yaxın Şərqdə “vəkalət müharibəsi” aparır” – ŞƏRH

“İran ətrafında cərəyan edən proseslər hər keçən gün ciddiliyini qoruyur. Bu ölkəyə qarşı ABŞ-ın hərbi müdaxiləsi cənub sərhədlərimizdə təhlükəsizlik probleminə yol aça bilər”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ və İran Yaxın Şərqdə “vəkalət müharibəsi” aparır və burada əsas faktorlardan biri də İsraildir:

“Vaşinqtonun İrana qarşı iqtisadi savaşı demək olar ki, ölkədə ciddi sosial-iqtisadi problemlərə yol açır. Sosial partlayış mərhələsinə keçməsə də, ölkədə ciddi etirazların formalaşmasına zəmin yaradır.

İran bu qədərmi təhlükəlidir ki, ABŞ bütün səfərbərliklə bu ölkənin üzərinə gəlirə Fars körfəzinə ZRK, təyyarə daşıyan gəmilər, əlavə zərbə qüvvələr göndərir. Körfəz ölkələrini başda Səudiyyə Ərəbistanı olmaqla Tehrana qarşı hərbi səfərbərliyə toparlayır. Bu müharibə qaçılmaz ola bilər.

Bu gün həqiqətən İran regionda aqressiv siyasət həyata keçirir. Bu özünü qorumaq instinkti kimi xarakterizə edilsə də, əslində Tehran rejimi regionda özünə uyğun və məzhəb ideloji hakimiyyətlər təşkil etmək planına malikdir. Bu istiqamətdə genişmiqyasda siyasi və hərbi siyasətini genişləndirir. Dəstək verdiyi silahlı təşkilatlar vasitəsi ilə bunu həyata keçirir. İraqda "Haşdi Şabi", Livanda "Hizbullah", Suriyada Qüds briqadasına bağlı yeni hərbi birlik, Yəməndə "Husi" və nəhayət Əfqanıstanda "Taliban" ciddi siyasi və lojistik dəstək verməkdədir. Bu hərbi-terror təşkilatları İranın regionda siyasətinin güclənməsi istiqamətində döyüşürlər. Əfqanıstanda Taliban istisna olsa da, ABŞ qarşı Tehran bu terror təşkilatı ilə də əməkdaşlıq edərək hər cür dəstək verməkdədir”.

Politoloq vurğulayəb ki, İran İraqda, Suriyada və Yəməndə müharibədə birbaşa və dolayı yolla iştirak edərək regionda qeyri-stabil situasiya yaradır:

“İranın qarşısı alınmasa, ətrafındakı dövlətlərdə də qeyri-stabil vəziyyət yaradaraq özünə bağlı hakimiyyətlər formalaşdıracaq:

“Odur ki, ABŞ-ın İrana zərbələri həm iqtisadi, həm də hərbi zərurətə çevrilir. Mütləq şəkildə İranın davranışlarının qarşısı alınmalıdır. Əgər alınmasa, İranın ölkəmizə də qarşı fəaliyyətə keçməsi mümkündür. Dini - məzhəb amilindən istifadə edərək xalqımız arasında nifaq toxumu səpəcək. Həmçinin dözümsüzlük yaradaraq və dövlətçiliyimizə qarşı radikal təşkilatlar yaradacaq. İran əgər ərəb ölkələrində ABŞ və İsrailə qarşı bunu edirsə, ölkəmizdə edə bilər. Yaxın vaxtlarda İran izolyasiya olunmasa, regionumuz İran təhlükəsi ilə qarşılaşacaq.

Əgər Fars körfəzində mümkün müharibə başlayarsa, Türkiyə öz hərbi kontingenti ilə Azərbaycanda yerləşməlidir. Xüsusilə Bakı ətrafında... Çünki Tehran rejiminin davranışları aydın deyil”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1706