hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

“Açıq havada maska qadağası ləğv olunmalıdır”-İNFEKSİONİST

“Açıq havada maska qadağası ləğv olunmalıdır”-İNFEKSİONİST

Pandemiyanın özü ilə bərabər gətirdiyi qaydalar var ki, hər kəs buna riayət etməklə həm də öz sağlamlığını qorumuş olur. Əlləri sabunla yumaq, tibbi maska taxmaq, məsafə saxlamaq və digər gigiyenik qaydalara əməl etmək epidemiyadan qorunmağın əsas şərtlərindəndir. Artıq pandemiya bir ildən artıqdır ki, mövcuddur və insanlar tətbiq edilən qaydalara davamlı əməl etsələr də, hazırda bu istiqamətdə bir sıra yumşalmalara gedilməsinin tərəfdarıdırlar.

Məsələn, insanlar artıq açıq havada maska taxılmasına etiraz edirlər. Bunu nəzərə alan bir sıra ölkələr müəyyən məsafə saxlamaqla açıq havada maskasız gəzməyə icazə verirlər. Belə ki, İsraildən sonra Polşa hökuməti də mayın 15-dən etibarən ölkədə açıq havada maska rejimini ləğv edib. Qeyd edilir ki, vətəndaşlar sözügedən tarixdən etibarən 1,5 metrlik sosial məsafəni qorumaq şərti ilə açıq havada maskasız gəzə bilər.

Ölkəmizdə hazırda açıq havada maska taxılması ilə bağı qadağa qüvvədədir. Açıq havada, məsələn, parkda gəzərkən maska taxmaq nə dərəcədə doğrudur və bununla bağlı qaydalara dəyişiklik edilməlidirmi?

İnfeksionist Mərdan Əliyev Cebhe.info-ya açqılamasında bildirib ki, əslində açıq havada tibbi maska taxmaq mənasız görünür: "Bunu yalnız tibbi baxımdan deyil, həm də nəzarət etmək üçün ediblər. Əvvəlcə belə bir fikir oldu ki, açıq havada maska taxılmamalı, qapalı yerdə taxılmalıdır. Sonra bu barədə bir qədər mübahisələr yarandı. Ona görə bunu açıq havada da qadağan etdilər ki, birmənalı olsun, hər yerdə maska taxılmalıdır. Ancaq təbii ki, indi də bir qədər problemlər, paradoks hallar var. Məsələn, restoranda, qapalı yerdə hamı yemək yeyir deyə heç kəs maska taxmır. Ancaq açaq havada maska taxılması məcburi olur. Burada məntiqsizlik var. Məncə, bu məsələyə yenidən baxılmalıdır”.

Mütəxəssis bildirib ki, məsafə ilə bağlı da konkretlik yoxdur:

“Əsasən 1 metr, 1,5 metr məsafə deyilirdi. Bu, sosial məsafə olaraq qanunda təsbit olunmayıb. Sadəcə sosial məsafəyə əməl olunması deyilir. Sosial məsafə ən azı 1 metr, ən çoxu 2 metr olmalıdır. Bizdə də əksər yerlərdə 1,5 metr gedir. Məncə, açıq havada 1,5 metr məsafə ilə maskasız gəzmək olar".
Nigar

Cebhe.info


Oxunma sayı: 4995