hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

“Akıncı” PUA-nın ilk atış sınaqları keçirildi - VİDEO

“Akıncı” PUA-nın ilk atış sınaqları keçirildi - VİDEO

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsində mühüm rol oynamış türk PUA-larının yaradıcısı Səlcuq Bayraktar sosial şəbəkələrdə maraqlı paylaşım edib.

Cebhe.info xəbər verir ki, “Baykar Savunma” şirkətinin rəhbəri yeni nəsil “Akıncı” PUA-larının ilk atış sınaqlarının uğurla başa çatdığını bildirib.

S.Bayraktar öz kateqoriyasında ən iri olan PUA-nın hədəfi 100% dəqiqliklə vurduğunu bəyan edib. Paylaşımını “Köklərdən göylərə” şüarı ilə bitirən şirkət rəhbəri “yeni əsərinin” bir deyil, ikiqat alqışa layiq olduğunu da qeyd edib.

Cebhe.info


Oxunma sayı: 617