hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“Amerikanın Dövlət Baxçalıdan xoşu gəlmir” – ŞƏRH

“Amerikanın Dövlət Baxçalıdan xoşu gəlmir” – ŞƏRH

““Facebook”da “like” etmək artıq sıradan bir hadisə deyil, həmin düymənin əhəmiyyəti artıb, “yanlış like” məmuru işindən edə bilər, dövlətlərarası münasibətlərə zərər vura bilər”. 

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib:

“Fətullah Gülən şəbəkəsinin xarici ölkələrdən birində gizlənən üzvü MHP lideri Dövlət Baxçalının birgünlük xəstəxanaya getməsini şişirdərək belə bir status paylaşıb: “Türkiyə xalqları Baxçalısız dövrə hazırlaşmalıdırlar”. Nə demək istədiyi aydındır, FETÖ üzvündən bundan artığını gözləməyə də dəyməz. Məsələni qəlizləşdirən “like”lardan birinin ünvanı olub.

ABŞ-ın Türkiyədəki səfirliyinin sosial şəbəkə üzərindəki hesabından FETÖ üzvünün statusunu “like” ediblər. Bu “like”ın iki mənası var. Amerikanın Baxçalıdan xoşu gəlmir və AKP-MHP koalisiyasının dağılmasını istəyir. Bu “like”a başqa məna vermək mümkün deyil. Səfirlik yanlışlığını dərhal anlayaraq elə sosial şəbəkə üzərindən düz iki dəfə Dövlət Baxçalıdan üzr istədi. Bununla da məsələyə nöqtə qoymaq olardı. Ancaq birinci dəfə “like” düyməsini basan bunu könüllü edibsə, ardınca üzrxahlığı könülsüz, məcburən daxili istəyinin əleyhinə edib. Hər halda bir daha təsdiq olundu ki, amerikalı diplomatların simpatiyası kimlərin tərəfindədir”.

Cebhe.info


Oxunma sayı: 1057