hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Ankara siyasi gedişlə Rusiyanı neytrallaşdırır” - BAXIŞ

“Ankara siyasi gedişlə Rusiyanı neytrallaşdırır” - BAXIŞ

“Rusiyanın Qarabağ məsələsində Ermənistan tərəfindən hərbi iştirakı Ukraynanın separatçıların nəzarətində olan Donbass və Luqansk bölgəsində hərbi əməliyyatların bərpa edilməsi ilə nəticələnər. Əgər Donbasda münaqişə alovlansa, Ukrayna Türkiyədən idxal etdiyi "Bayraktar" pilotsuz uçuş aparatlarından istifadə edə bilər”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Donbass və Krım ətrafında xeyli zirehli texnika, artilleriya qoşunları cəmləşdirib:

“Bununla paralel Zelinskinin regionda birbaşa Qarabağ müharibəsinə təsir edən Türkiyə səfəri və Ərdoğanla danışıqları yeni bir siyasi-hərbi mərhələnin qurulması idi. Əlbəttə ki, Donbasda münaqişənin alovlanması, Ukrayna üçün risk olsa da, indiki situasiyada Rusiya üçün arzuolunmazdır. Türkiyə-Ukrayna ittifaqı Qarabağ məsələsində birdir və Ankara siyasi gediş edərək Rusiyanı Donbass məsələsi ilə müəyyən qədər neytrallaşdırmış olur”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3015

Bizim Telegram səhifəmizi izləyin