hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

“Araik Arutunyan birabaşa Kremlin planı ilə hərəkət edir” - RƏY

“Araik Arutunyan birabaşa Kremlin planı ilə hərəkət edir” - RƏY

“Ermənistanı Müdafiə naziri Vaqarşak Arutunyan həm Ermənistan ordusunun, həm də “müdafiə ordusu"nun gücləndirilməsi barədə açıqlama verib”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib:

“Xüsusilə erməni Müdafiə nazirinin Azərbaycan ərazisində “müdafiə ordusunun" yenidən gücləndirilməsi istiqamətində açıqlaması reallığı əks etdirir. Azərbaycan qəti addımlar atmalıdır. Göründyü kimi, Ermənistan tərəfi faktiki olaraq bu məsələdən geri çəkilmir. "Müdafiə ordusu" adında silahlı birləşmələr faktiki olaraq Azərbaycana qarşı növbəti hərbi əməliyyatlar üçün hazırlanır. Azərbaycan iqtidarı Rusiyanın məsuliyyət zonasında ermənilərin separatçı fəaliyyətinin qarşısının alınması üçün ciddi tədbirlər görməlidir. Araik Arutunyan, Vitali Balasanyan bu istiqmətdə ciddi fəaliyyət göstərir və birabaşa Kremlin planı ilə hərəkət edirlər”.

Politoloq xatırladır ki, 10 noyabr atəşkəs bəyannaməsində Rusiya tərəfi silahl erməni birləşmələrinin çıxarılması üçün öhdəlik götürüb:

“Bu öhdəlik yerinə yetirilmir, Ermənistan Müdafiə naziri burada silahlı erməni birləşmələrinin gücləndirilməsi istiqamətində açıqlamlar verərək, konkret fəaliyyətə keçirlər. Azərbaycan və Türkiyə Rusiyadan məlum bəyannamənin 4-cü bəndinə əməl olunmasını tələb etməsə, biz silahlı erməni birləşmələrinin güclü şəkildə silahlanmasının şahidi olacağıq. Artıq de-fakto separtçılar "bayraqlarını" dalğalandırır və onlar Azərbaycanın suverenliyini qəbul etməyəcəklər. Bundan əlavə, bu gedişlə azərbaycanlıların Xankəndi, Ağdərə və Xocavəndə qayıtması mümkün olmayacaq. Artıq Qarabağ separatçılarına ciddi təzyiqlər etmək lazımdır. Rusiyadan konkret şəkildə bu məsələnin həlli tələb edilməlidir. Regionda siyasi nizam Azərbaycanın leyhinədir. Buradakı erməni separatçılar Rusiyanın dəstəyi ilə vəziyyəti gərginləşdirməklə istədikləri nəticəni əldə edə bilməyəcəklər. Azərbaycan Xocalı və ətraf əraziləri əməliyyat keçirməklə nəzarətə almalıdır. Bu hərbi əməliyyatlar Azərbaycanın hüquqdur. Bu gün konkret olaraq Qarabağda Azərbaycana qarşı separatizmi Rusiya körükləyir və bu 10 noyabr razılaşmalasına ziddir”.

Xatirə

Cebhe.info


Oxunma sayı: 980