hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“AtaBank” haqqında yazılan məlumatlarla bağlı bəyanat yayıb

“AtaBank” haqqında yazılan məlumatlarla bağlı bəyanat yayıb

“AtaBank” ASC son zamanlar barəsində yayılan xəbərlərlə bağlı bəyanat yayıb.

Cebhe.info xəbər verir ki, “AtaBank” xəbərləri yaymış saytların ictimaiyyətə yanlış məlumatların verilməsi halından təəssüfləndiyini bildirir:

“Belə ki, “AtaBank” fəaliyyəti haqda mətbuatda işıqlandırılmış xəbərlər heç bir fakta əsaslanmır. Bank stabil fəaliyyətini davam etdirir. Həmçinin müştərilər nağdsız əməliyyatlar aparır və nağd vəsaitlərin çıxarılması kimi əməliyyatlar növbəli şəkildə təmin olunur. Bank sektorunun tənzimlənməsi üçün dövlət qurumları mövcuddur və bu səlahiyyət yalnız onlara məxsusdur. Həmin qurumlarla bank gündəlik işgüzar münasibətləri davam etdirir.

Bankın mövqeyi öyrənilmədən, jurnalist etikasından kənar yazılan bu səpkidə məlumatlar müştərilər arasında çaşqınlıq yaradaraq onların bank sektoruna olan etimadını sarsıdır. Həmçinin vurğulamaq istərdik ki, dövlətin bank sektorunun inkişafı istiqamətində apardığı uğurlu siyasətinə xələl gətirən bu tip əsassız xəbərləri işıqlandıran informasiya saytları qanun qarşısında cavab verməli olacaq. Bu səbəbdən media nümayəndələrini əsassız iddialar yaymamağa çağırırıq”.

Qeyd edək ki, ötən gün mediada sözügedən bankın iflas mərhələsində olması barədə məlumat yayılmışdı.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1365