hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

“Avropa Rusiyaya qarşı sanksiyaların yumuşaldılmasına çalışır” – ŞƏRH

“Avropa Rusiyaya qarşı sanksiyaların yumuşaldılmasına çalışır” – ŞƏRH

“Ukraynada prezident seçkilərinin nəticələri ölkənin daxili və xarici siyasətində mühüm dəyişikliklərə gətirəcək. Avrointeqrasiya kursu başlıca strategiya olsa da, Rusiya ilə müəyyən qədər pərdəarxası danışıqların aparılması mümkündür”.

Cebhe.info xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə bu qənaətdədir. 

O bildirib ki, Avropa Kiyevdən Kremllə konfidensial danışıqlar aparılmasını istəyə bilər:

“Nəzərə almaq lazımdır ki, Avropa Rusiyaya qarşı sanksiyaların yumuşaldılmasına çalışır. Həmçinin Kiyev Krım və Donbas probleminin həllini öz prioritet siyasəti hesab edir. Prezident seçilən Vladimir Zelenski ilk növbədə "Maydan" siyasi aktivistlərini başda Poroşenkonu neytrallaşdırmağa çalışacaq. Bu, müvəqqəti olaraq İsraildə yaşayan ukraynalı biznesmen İqor Kolomoyskinin Ukraynaya qayıtmasına, Poroşenkonun təqibinə, həmçinin ölkədə yeni "idarə sisteminin" "Boz kardinallığın" yaradılmasına gətirə bilər.

Qeyd edim ki, İqor Kolomoyski əslən yəhudidir, İsraildə və Rusiyada yəhudi lobbisi ilə sıx bağlılığa malikdir. Məhz Kreml yəhudi lobbisi vasitəsilə bundan əlavə Zelenski də bu yolla Kremllə münaqişənin həlli istiqamətində etimad mühiti formatında danışıqlar aparılması mümkündür.

Kolomoyski - Zelenski tandemi Rusiya ilə yalnız münaqişənin həlli istiqamətində yaxınlaşa bilər. Amma ölkənin strateji xəttini, avrointeqrasiyanı inkişaf etdirəcəklər. Poroşenkonun Rusiya siyasətinin əksini reallaşdıracaqlar.

Azərbaycan da yeni Ukrayna rəhbərliyi ilə yəhudi lobbisi vasitəsi ilə sıx dostluq əlaqələrini inkişaf etdirə, bu ölkədə ermənilərin artan nüfuzunun qarşısını ala bilər. Ukrayna ilə zəifləyən hərb-texniki əməkdaşlığı inkişaf etdirmək olar”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 518