t “Ayaks”ın təcrübəsindən yararlanacağıq” - Aydın Karaca
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

“Ayaks”ın təcrübəsindən yararlanacağıq” - Aydın Karaca

“Ayaks”ın təcrübəsindən yararlanacağıq” - Aydın Karaca

 “Avropada Türkiyə türkləri olaraq sayımız demək olar ki, 10 milyona yaxındır. Yalnız Almaniyada yüzlərlə Türkiyə adı ilə bağlı futbol komandalarımız fəaliyyət göstərir. Digər Avropa ölkələrini də bura qatsaq belə klublarımızın sayı minə çatır”. 

Cebhe.info xəbər verir ki, bunu Almaniyada fəaliyyət göstərən “AZE Nakhchivan-Köln SK” klubunun prezidenti Aydın Karaca deyib.

Onun sözlərinə görə, Avropada Azərbaycan adına fəaliyyət götərən professional klub yoxdur. “Biz “AZE Nakhchivan-Köln SK” klubunu təsis etdiyimiz zamanlarda Avropada yalnız Avstriyanın paytaxtı Vyanada “Qarabağ” klubu vardı. Aldığımız son məlumatlara görə o klub da satılıb. Bu, əlbəttə  təəssüffedicidir. Arzu edərdik ki, Avropada Azərbaycan adına futbol klublarının sayı çoxalsın. Bu cür olması Azərbaycan futbolunun inkişafına ciddi töhfə verə bilər”-deyə Aydın Karaca bildirib.

Karaca bildirib ki, Naxçıvanı təmsil edən klubun olması vacibdir: 

“Sevindirici haldır ki, “Qarabağ” futbol klubu artıq Avropada tanınır, Bakının güclü “Neftçi” və digər klubları var.   Naxçıvan kimi qədim tarixi və zənginlikləri olan bir bölgənin beynəlxalq arenada tanınan futbol klubu yoxdur, eyni zamanda blokadada olan bu muxtar vilayətin tanınmasına ehtiyac olduğunu düşünürük. Naxçıvanın tanınması, Azərbaycanın tanınması deməkdir. Həm də Azərbaycan tarixinə baxdığımız zaman bu bölgə həm tarixin həm də tarixi şəxsiyyətlərin vətəni olub. İnanıram ki, komandamızla Avropada Azərbaycanın səsi daha güclü eşidiləcək”.

O, əlavə edib ki, futbolu tədricən inkişaf etdirmək lazımdır: 

“Futbolda  səbr çox önəmlidir. Əgər gələcəyə yönəlik uğur əldə etmək istəyirsinizsə mütləq səbr edəcəksəniz. İlk növbədə uşaq futbolunun inkişafı barədə düşünmək lazımdır. Bir çox komandaların uğursuzluqlarının əsas səbəbi alt yapının yetişdirib əsas heyətə gənc oyunçu verməməsidir. Bunun nəticəsində maddi potensial transferlərə sərf edilir. Bu da gələcək dönəmdə maliyyə sıxıntılarının yaranmasına səbəb olur. Biz əsas diqqəti gənc oyunçuların yetişməsinə, futbolçu bazasının formalaşdırılmasına yönəltməyə qərarlıyıq. 

Komandanı qurmaqda digər məqsədlərimizdən biri də Azərbaycanın futbol klubları üçün təlim məşq mərkəzi formalaşdırmaqdır. Gələcəkdə Azərbaycan futbol komandaları Kölnə gələrək təlim məşq toplanışlarını məhz bizim mərkəzimizdə həyata keçirə bilərlər. Bir sözlə Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik. Bu Azərbaycan klubları üçün də əlverişli imkan deməkdir”.  

Klub rəhbəri onu da qeyd edib ki, klubun açılışı 15 fevral 2020-ci il tarixində Almaniyanın Köln şəhərində keçiriləcək: 

“Açılışa bir çox yerli alman futbol mütəxxəsisləri, başqa ölkələrin də futbol ekspertləri dəvət olunub.  Klubumuzun strategiyası, məqsəd və vəzifələrini  qonaqlarımıza və mediaya açıqlayacağıq. Komandamızın açılışında iştirak etmək arzu edənlər, facebookda fəaliyyət göstərən səhifəmiz vasitəsi ilə bizi tapa və buradan müraciət edə bilər”.

Cebhe.info


Oxunma sayı: 11639