hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“Azərbaycan "əmək bazarı" indeksində 21-ci yerə qalxıb” - EKSPERT

“Azərbaycan "əmək bazarı" indeksində 21-ci yerə qalxıb” - EKSPERT

“Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində 11 pillə irəliləyib. Reytinq siyahısına Sinqapur başçılıq edir. İlk beşliyə həmçinin ABŞ, Honkonq (Çin), Niderland və İsveçrə daxildir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan hazırda 62,7 bal ilə (2,7 bənd əlavə edib) reytinq siyahısında 58-ci yeri tutur:

“Qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur və 141 ölkə nəzərə alınır:

1. Azərbaycan "əmək bazarı" indeksində 21-ci yerə qalxıb, 2018-ci ildə isə 40-cı yerdə idi, səbəbi - hökumətin rəsmi statistikasıdır, deyirlər cəmi 5% işsiz var, forum da inanır, çünki başqa müstəqil mənbələr yoxdur.
2. "Biznesin dinamikliyi" indikatorunda 23 yer, 2018-də 31-ci yer idi, səbəbi - vergi və gömrükdə baş verən müəyyən dəyişiklik, qeydiyyatın asanlaşması və s.
3. "Ərzaq bazarı", 23-cü yer, 2018-də 37-ci yer, səbəbi - aqrar sektorda atılan addımlar, hökumətin təqdim etdiyi rəsmi rəqəmlər.
4. "İnfrastruktur" 38-ci yer, 2018-də 46-cı yer, səbəbi - yol, enerji və digər kommunal xidmətdə dövlət investisiyaları, burada da həqiqət payı var.
5. "Bacarıqlar", 48-ci yer, 2018-də 54-cü yer, səbibi - sorğularla müəyyən edilir, xalqımız bacarıqlıdı.
6. “İctimai institutlar", 49-cu yer, keçən il 58-ci yer, səbəbi - hökumətin məlumatları, QHT şurası, KİV-ə dəstək şurası və s. qurumların pozitiv təqdimatı, əslində isə ciddi geriləmə var.
7. "Bazarın miqyası", 67-ci yer, keçən il 65-ci yer, səbəbi - bu 141 ölkənin rəqəmsal göstəriciləri əsasında olur, fiziki göstəricilərə görə hesablanır deyə önəmli deyil.
8. "İnnovativ potensial", 68-ci yer, keçən il 71-ci yer, səbəbi - hökumətin təqdim etdiyi məlumatlar, ciddi irəliləyiş yoxdur.
9. "İKT potensialı", 73-cü yer, keçən il 69-cu yer, səbəbi - digər ölkələrdə geriləmə olmasıdı.
10. "Maliyyə sistemi", 96-cı yer, keçən il də 96-cı yer - bu çox vacib indikatordur, dəyişiklik yoxdur və çox geridəyik, çünki maliyyə sistemi kövrəkdir, dayanıqlı deyil, bu göstəricidə qonşulardan çox geriyik.
11. "Səhiyyə", 98-ci yer, keçən il 91-ci yer - çox bərbad yerdəyik, azacıq irəliləməyin səbəbi "İcbari tibbi sığorta" haqqında qəbul olmuş qərardır, amma bunun necə həyata keçməsi də sual altındadır.
12. "Makroiqtisadi sabitlik", 103-cü yer, keçən il 126-cı yer - hə, gəldik əsas məsələyə, bu göstəricidə Afrika ölkələri ilə bir sıradayıq, çünki bütün sabitlik tək bir faktordan, neftdən asılıdı, sabitliyin dəyəri London birjasında müəyyən edilir, ancaq barellə ölçülür”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1673