hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

“Azərbaycan Gürcüstana heç bir güzəşt tanımamalıdır” – ŞƏRH

“Azərbaycan Gürcüstana heç bir güzəşt tanımamalıdır” – ŞƏRH

Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin muavinlərinin Bakıda iki ölkə sərhədlərinin delimitasiya və demarkasiyası üzrə danışıqları əsasən “Keşikçidağ” monastr kompleksi ətrafında davam edəcək.

Cebhe.info xəbər verir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə məsələyə şərh verib.

Ekspert deyib ki, rəsmi Tiflis birmənalı şəkildə bu məbədin öz tərəfində qalmasında israrlıdır və bu danışıqlara məhz bu aspektdən yanaşır:

“Rəsmi Bakı bu məsələdə güzəştə getməsi mümkün deyil. Ərazi mübadiləsi də bu məbəd ətrafında ölkəmizin maraqlarına uyğun deyil. Qəti şəkildə "Keşikçidağ" mağara-məbədlər kompleksinin bir santimetrini də Gürcüstana güzəştə və mübadilə etmək olmaz.

Qeyd edim ki, Gürcüstan bu kompleksi həm ermənilər üçün Apostol kilsəsi, həm də gürcülər üçün pravoslav kilsəsi kimi istifadəyə veriləcək. Rəsmi Tiflisin “Keşikçidağ”da erməni-gürcü ibadətgahı yaratmaq planı var. Bunun siyasi tərəfləri var. Ölkəmizə qarşı erməni-gürcü din birləşməsi siyasi müstəvidə fəaliyyətə keçib. İki ölkə arasında sərhəd komissiyasının fəaliyyətində Azərbaycan Gürcüstana heç bir güzəşt tanımamalıdır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1189