hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

“Azərbaycan həbçiləri Laçın dəhlizində sülhməramlılarla birgə post qurmalıdır” - Politoloq

“Azərbaycan həbçiləri Laçın dəhlizində sülhməramlılarla birgə post qurmalıdır” - Politoloq

"Ermənistan Hərbi prokuroru Xankəndinə gələrək Rusiya sülhməramlı qüvvələrinin buradakı hərbi prokuroru ilə görüşüb. Ermənistan hərbi prokurorunun Azərbaycan ərazisinə gəlməsi birbaşa Rusiya sülhməramlı qüvvələrinin növbəti provakasiyaya şərait yaratmasıdır".

Cebhe.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Ermənistana Xankəndinə səfərlərin təşkil edilməsinə qəti icazə vermək olmaz:

"Rusiya bunun öhdəsindən gələ bilmirsə, Azərbaycan Laçın dəhlizində post qurmalıdır. Azərbaycan Laçın dəhlizinə nəzarəti Rusiya sülhməramlı qüvvələrinin təktərəfli nəzarətinə ona görə verməyib ki, buradan Ermənistanın rəsmilərinin Azərbaycan ərazisinə sərbəst giriş -çıxışına icazə versin. Bu səfərlər Azərbaycanla razılaşdırılıbsa, XİN bu barədə məlumat verməlidir. Əgər səfərlər qanunsuzdursa, Azərbaycan hərbçilərinin sülhməramlı qüvvələrlə birgə Laçın dəhlizində birgə postda dayanması üçün Rusiya ilə danışıqlar aparılmalıdır. Azərbaycan qəti şəkildə bunu tələb etməlidir".

O bildirib ki, Rusiya iki toplum arasında düşmənçiliyin davam etdirilməsində maraqlıdır:

"Xudavəng monastırına gələn ermənilər necə ki, Azərbaycan postundan keçir, narahat olmurlar, Laçın dəhlizindən də Azərbaycan postundan keçəndə narahat olmayacaqlar. Sadəcə, Rusiya burada narahatdır. İki toplum arasında sədd çəkir və düşmənçilyin davam etdirilməsində maraqlıdır. Azərbaycanın yaxın perspektivdə bu kimi səfərlərin qarşısnı alacağını istisna etmirəm. Artıq Türkiyədə Rusiyanın Qarabağda sülhməramlı missiyasından narahatlığını dilə gətirir. Azərbaycanla Türkiyə Laçın dəhlizi ilə bağlı bir mexanizm işləyib hazırlamalı, Rusiyanın bu təklifi qəbul etməsinə nail olmalıdırlar".

Cebhe.info


Oxunma sayı: 1277

Bizim Telegram səhifəmizi izləyin