hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

“Azərbaycan və Aİ arasında yeni müqavilə demək olar hazırdır, lakin..." - Avropaya viza ləğv olunur?

“Azərbaycan və Aİ arasında yeni müqavilə demək olar hazırdır, lakin..." - Avropaya viza ləğv olunur?

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təşkilatla Azərbaycan arasında Tərəfdaşlıq Sazişinin imzalanmamasının səbəbləri barədə danışıb.

Diplomat bildirib ki, sazişdə hələ də müzakirə olunan bəndlər ticarətlə bağlıdır.

“Azərbaycan və Aİ rəsmiləri bildirir ki, yeni müqavilə demək olar hazırdır. Lakin “demək olar” kifayət deyil. Təbii ki, biz bunu yekunlaşdırmalıyıq. Bunun da bir sıra səbəbləri var. Ötən il müharibə baş verdi, COVID-19 pandemiyası yayıldı”, - deyə o, qeyd edib.

Səfir qeyd edib ki, Aİ və Azərbaycan arasında əməkdaşlıq sənədi mövcuddur, ancaq münasibətlər şaxələndikcə yeni tərəfdaşlıq müqaviləsi də imzalanmalı, prioritetlər müəyyənləşməlidir: “Tərəfdaşlıq müqaviləsi bizim ikitərəfli ticarət əlaqələrimiz üçün baza olacaq, lakin ticarətlə bağlı məsələlər qalır. Çünki Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatının üzvü deyil”.

K. Yankauskas vizaların sadələşdirilməsi məsələsinə də toxunub. O vurğulayıb ki, Azərbaycanın Aİ ölkələrinin vətəndaşları üçün vizanı ləğv etməsi ölkəyə gələn turistlərin sayının artmasına təsir edə bilər/APA.

Cebhe.info


Oxunma sayı: 518