hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

“Azərbaycanda enerji mənbələrinin şaxələndirilməsini yüksək qiymətləndiririk” - ABŞ rəsmisi

“Azərbaycanda enerji mənbələrinin şaxələndirilməsini yüksək qiymətləndiririk” - ABŞ rəsmisi

“Bakı gözəl şəhərdir və burada çox gözəl vaxt keçirdim”.

Cebhe.info xəbər verir ki, bunu keçirdiyi brifinqdə ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stitt deyib.

Onun sözlərinə görə, Bakıda bir sıra dövlət və hökumət rəsmiləri, o cümlədən Prezident İlham Əliyevlə görüş keçirib:

“Azərbaycanın xarici işlər, iqtisadiyyat və kənd təsərrüfatı nazirləri ilə görüşdüm. İnanıram ki, bu görüşlər bizim əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq. Azərbaycanın dövlət başçısı da çox gözəl insandır. Biz onunla enerji, dəmir yolu və bir çox sahələrdə müzakirələr apardıq və ümid edirəm ki, bu görüş çox əhəmiyyətli oldu. Prezidentlə görüş zamanı ona kovboy papağı hədiyyə etdim və ümid edirəm ki, o, prezidentə çox yaraşdı”.

“Oklohoma ştatında çoxlu neft-qaz kəmərləri var. Biz istəyirik ki, enerji mənbələrimizi şaxələndirək, bərpa olunan enerjinin payı arstın. Hazırda istifadə etdiyimiz enerjinin 40%-i külək enerjisidir. Bu il bizim ştatda havalar bir qədər soyuq keçdi və ştatın bəzi hissəsi işıqsız qaldı. Əmin olduq ki, bu sahə şaxələndirilməlidir.

Azərbaycanın da bu istiqamətdə atdığı addımlar var və biz bunu yüksək qiymətləndiririk. Ölkə başçısı ilə də görüşdə də bunu müzakirə etdik. Hətta prezident mənə dedi ki, Azərbaycan elektrik enerjisinin ixracatçısına çevrilmək istəyir. Bizim də bu sahədə təcrübəmiz var və onu bölüşmək istəyirik", - deyə qubernator qeyd edib.

Cebhe.info


Oxunma sayı: 815