hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

“Azərbaycanı və azərbaycanlı deputatları kimsə qınaya bilməz” - ŞƏRH

“Azərbaycanı və azərbaycanlı deputatları kimsə qınaya bilməz” - ŞƏRH

“İyunun 24-26-da Avropa Şurası Parlament Asambleyasında (AŞPA) Rusiyanın bu təşkilata qayıtmasına icazə verən qətnamənin səsə qoyulması fərqli nəticələri ortaya çıxardı. Belə ki, Gürcüstan nümayəndə heyəti bütövlükdə bu qətnamənin əleyhinə səs verdi”. 

Cebhe.info xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov sosial şəbəkə hesabında paylaşıb:

Ermənistanı təmsil edən deputatlardan bir nəfəri qətnamənin əleyhinə səs verdi, başqa bir nəfər səsvermədə iştirak etmədi, yerdə qalan erməni deputatlar isə qətnaməni təsdiqlədilər.

Azərbaycanın AŞPA-dakı deputat nümayəndə heyəti Rusiyanın bu təşkilata üzvlüyünün bərpa edilməsinə səs verdi. Nəticə etibarı ilə bu üç Cənubi Qafqaz respublikasından sözügedən qətnamə ilə bağlı ən sağlam, düzgün və konstruktiv mövqeni məhz Azərbaycanı təmsil edən deputatlar sərgiləmiş oldular. Buna görə də  Azərbaycanı və azərbaycanlı deputatları kimsə qınaya bilməz. Biz Gürcüstanın və ya Ukraynanın maraqlarını yox, öz maraqlarımızı prioritet hesab edirik.

Zatən Gürcüstana da, Ukraynaya da zamanında onsuz da kifayət qədər dəstəklər vermişik. Uzun müddət onların öz maraqlarına oynamışıq. İndi də öz maraqlarımıza oynamaq, Azərbaycanın geopolitik maraqlarını təmin etmək vaxtıdır. Necə deyərlər, xeyriyyəçiliyimizin də bir limiti, sərhəddi olmalıdır. Odur ki, kimsə bizdən inciməsin və ya bizi ittiham etməyə də cəhd göstərməsin. AŞPA-dakı deputat nümayəndə heyətimizin Rusiya ilə bağlı mövqeyi birmənalı surətdə düzgün və ölçülüb-biçilmiş mövqe idi”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 683