hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

“Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə predmedi olmayıb” – RƏSMİ

“Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə predmedi olmayıb” – RƏSMİ

"Avropa İttifaqı Azərbaycanla may ayının 13-də imzalamağa nəzərdə tutulan sazişin gizli saxlanmasının əsas səbəbi sazişdə Dağlıq Qarabağın Azərbaycanın bölünməz hissəsi kimi göstərilməməsidir. Avropa İttifaqı bu bəndi qəbul etməkdən imtina edir".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verib:

“Son zamanlar bəzi KİV-də ölkəmizin Avropa İttifaqı ilə apardığı yeni saziş üzrə danışıqlara istinad edilərək, guya ki, Aİ-nin ölkəmizin ərazi bütövlüyünü dəstəkləmədiyi ilə bağlı məlumatlar yayılır. Bununla bağlı qeyd etmək istərdim ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir. Sizi əmin edirəm ki, Aİ ilə Azərbaycan arasında imzalanmış digər ikitərəfli və çoxtərəfli sənədlərdə, Aİ institutları tərəfindən son illərdə qəbul edilmiş qətnamə və bəyanatlarda olduğu kimi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü heç vaxt müzakirə predmedi olmayıb və ola da bilməz”. 

İlkin Sultanlı
Cebhe.info


Oxunma sayı: 823