hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

“Azərbaycanla Rusiya məqsədlərinə nail oldular” - Tiqran Abrahamyan

“Azərbaycanla Rusiya məqsədlərinə nail oldular” - Tiqran Abrahamyan

“Azərbaycan və Rusiya Moskva görüşündən istədiklərini aldılar, ancaq Ermənistanın məsələləri həll olunmadı”.

Cebhe.info xəbər verir ki, bunu "Anaket" analitik mərkəzin rəhbəri Tiqran Abrahamyan deyib.

“Azərbaycan və Rusiya bu görüşdən istədiklərini aldılar, məqsədlərinə nail oldular. Güman edirəm ki, bütün bunlar ciddi şəkildə müzakirə olunmadılar. Üç ölkə liderinin - Paşinyan, Putin və Əliyevin görüşündən və bundan sonra mətbuata verdiyi açıqlamalardan aydın oldu ki, müzakirə regional iqtisadi münasibətlərin normallaşdırılmasına, kommunikasiyaların, infrastrukturların, beynəlxalq trafikin açılmasına həsr olunub və yalnız regional təhlükəsizlik və mexanizmlər barədə ümumi formulalar üzərində qurulub. Bu görüşdən əvvəl Nikol Paşinyan hərbi əsirlərin və ölənlərin cəsədlərinin geri qaytarılması məsələsini şərt olaraq irəli sürəcəyini, yalnız bu məsələlərin həllindən sonra komunikasiyalara yer veriləcəyini söz verdiyi halda, buna nail ola bilmədi. Deməli, Ermənistanın məsələsi həll olunmadı",- deyə Tiqran Abrahamyan "Facebook" səhifəsində Moskva görüşü ilə bağlı fikirlərini paylaşıb.

Cebhe.info


Oxunma sayı: 1519

Bizim Telegram səhifəmizi izləyin