hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

“Azərbaycanlıların məzar daşlarını oğurlayıb Ermənistanda satırdılar” - VİDEO

“Azərbaycanlıların məzar daşlarını oğurlayıb Ermənistanda satırdılar” - VİDEO

Erməni bloqqer Roman Baqdasaryan ermənilərin işğal dövründə Qarabağdakı qəbiristanlıqlardan azərbaycanlılara aid məzar daşlarını Ermənistana apardıqlarını və satdıqlarını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Baqdasaryan bu barədə feysbuk səhifəsində yerləşdirdiyi videoda danışıb.

“Azərbaycan qəbiristanlıqlarında qəbir daşlarının 70% -i yox olub. Xahiş edirəm, mənə deyin, bu daşları çıxararaq üstünə erməni adları yazıb Ermənistana satanlar haqqında nə düşünürsünüz? Məzar daşlarını gizli şəkildə Ermənistana satan Qarabağ dəstələri haqqında nə düşünürsünüz?”, - deyə Baqdasaryan söyləyib.

Bundan əlavə, ölən və yaralananlar erməni hərbçilərin ailələrinə müraciət edən R. Baqdarasyan uşaqlarının 25 il ərzində bu yeddi bölgədə dəhşətli işlər görən Robert Koçaryan və Serj Sarkisyan üzündən öldüklərini bildirib.

Cebhe.info


Oxunma sayı: 1266