hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

“Azerblast”a yeni direktor təyin olunub

“Azerblast”a yeni direktor təyin olunub

AzerGold” QSC-nin ötən ay “DM Servis” MMC (mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşı) ilə birlikdə yaratdığı “Azerblast” MMC Daşkəsən rayonunun Çovdar kəndində, eyni adlı filiz emalı sahəsində qeydiyyatdan keçib.

Cebhe.info xəbər verir ki, yeni şirkətin nizamnamə kapitalı 4 milyon manat təşkil edir.

Bu vəsaitin 2,04 milyon manatını və yaxud 51%-ni “AzerGold”, 1,96 milyon manatını və yaxud 49%-ni isə “DM Servis” qoyub.

“Azerblast”ın direktoru isə Rizvan Həmid oğlu Baxşıyevdir.

Cebhe.info


Oxunma sayı: 804