hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Azəriqaz” aztəminatlı ailələrin evinə qaz çəkdi - VİDEO

“Azəriqaz” aztəminatlı ailələrin evinə qaz çəkdi - VİDEO

Ramazan bayramı münasibətilə “Azəriqaz” İstehsalat Birliyi sosial aksiya həyata keçirib.

Cebhe.info xəbər verir ki, belə ki, bir neçə şəhər və rayonda aztəminatlı ailələr üçün Birliyin hesabına qaz çəkilib. Bakı şəhəri, Kürdəmir, Siyəzən, Ağcabədi, Goranboy və Salyan rayonlarında yaşayan bir neçə ailənin uzun illərdən sonra fərdi yaşayış evlərinə qaz xətləri çəkilib, sayğaclar quraşdırılıb.

Bu işlərin görülməsinə müvafiq rayonlar üzrə regional qaz istismarı idarələri, Bakı Regional Qaz İstismarı Departamenti və Birliyin Təmir-tikinti İdarəsinin əməkdaşları cəlb olunublar.

“Azəriqaz” İB sosial aksiyaya dair video çarxları öz sosial şəbəkə ünvanlarında paylaşıb.

Cebhe.info


Oxunma sayı: 6579