hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir – Hava şəraiti ilə əlaqədar

“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir – Hava şəraiti ilə əlaqədar

Yanvarın 19-dan 21-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi səbəbindən “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş rejimdə işləyəcək.

Azəriqaz”-dan Cebhe.info-ya verilən məlumata görə, qurumun bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev artıq lazımi tapşırıqlar verib.

Əsasən təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq.

Qaz təchizatında vacib təmir prosesləri də bu günlərdə təxirə salınıb. Yalnız qəza halları baş verdiyi zaman abonentlərin qazsız qalmaması üçün qısamüddətli dayandırmalar istisna edilmir. Belə halların aradan qaldırılması məqsədilə növbəlilik tətbiq edilməklə birliyin aidiyyəti strukturlarında müəyyən sayda əməkdaşlar iş başında olacaq.

“Azəriqaz”ın Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi, 104 “Çağrı mərkəzi” sahəsinin əməkdaşları 24 saat abunəçilərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq.

Qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı "Çağrı mərkəzi”nə məlumat vermək, (077) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "WhatsApp" nömrəsinə, "Azəriqaz"ın sosial şəbəkə ünvanlarına mesaj göndərmək olar.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 1112