hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Azəriqaz” hər gün qazı kəsir: Dünən qəza, bu gün təmir, sabah..?

“Azəriqaz” hər gün qazı kəsir: Dünən qəza, bu gün təmir, sabah..?

Azərbaycanda sistemli şəkildə təbii qazın verilməsində problemlər yaranıb. 

Bu gün səhər saatlarından etibarən Hövsan qəsəbəsində qaz yoxdur. 

Qəsəbə sakinlərinin Cebhe.info-ya şikayətinə görə, oktyabr ayından etibarən qəsəbədə 4-5 gündən bir qazın verilişində məhdudiyyət yaranır. Soyuq havalarda qazın olmaması təbii olaraq vətəndaşlar üçün problem yaradıb. 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov Cebhe.info-ya açıqlamasında Zığ, Hövsan, “Dədə Qorqud”, Bahar, Bülbülə qəsəbələrində qaz təchizatında müvəqqəti dayandırma olduğunu bildirib: 

“SOCAR-ın Qaz İxrac İdarəsi tərəfindən magistral kəmərlərdə iş aparılır. 530 millimetr diametrində olan yüksək magistral qaz kəməridir. Orada beton avtomobil yolunun yeraltı keçid hissəsində yeni çəkilmiş qaz kəməri qaz nəqli sisteminə birləşdirilir”. 

Qeyd edək ki, bir neçə gün əvvəl də eyni problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərova müraciət etmişdik. O, qazın verilməməsinə səbəb olaraq hər hansısa qəza hadisəsinin baş verməsini əsas gətirmişdi. Qurum rəsmisinin sözlərinə görə, ərazidə mövsümü olaraq təmir işləri aparılığından qazın verilməsində kəsintilər olur. Ceyhun Səfərov təmir işlərinin davam etməsini istisna etməmişdi. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1035