hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

“Azəriqaz” Prezidentin tənqidindən sonra necə işləyir?

“Azəriqaz” Prezidentin tənqidindən sonra necə işləyir?

Qaz təchizatı üzrə müraciətlərin araşdırılması və operativ həlli ilə bağlı, “Azəriqaz” İstehsalat Birliyi və Enerji məsələlərinin tənzimlənməsi üçün İşçi Qrupu yaradılıb, lakin qrupun fəaliyyəti ilə bağlı məlumat hələ də verilməyib.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev bildirib ki, işçi qrupu qazla bağlı vətəndaşların müraciətlərinə baxır:

““Azəriqaz” İstehsalat Birliyi, Enerji məsələlərinin tənzimlənməsi Agentliyinin nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb və bu qrup qazla bağlı daxil olan müraciətlərin təhlilini aparır, operativ qaydada hər bir vətəndaşın müraciətinə baxır. Araşdırma zərurəti olan müraciətlər vətəndaşların öz iştirakı ilə ətraflı öyrənilir və bunun üçün tədbirlər görülür. İşçi qrupunun fəaliyyət bundan ibarətdir”.

Qeyd edək ki, ötən günlərdə Səbail rayonu ərazisində “Jurnalistlər binası” kimi tanınan binanın sakinləri  qazın keyfiyyətindən şikayətlərini dilə gətiriblər. Bina sakinləri qazın çirkli və kəskin iyli olduğunu bildiriblər, ancaq problem hələ də həll olunmayıb. 

Ölkə başçısı İlham Əliyev də bu problemlərlə bağlı “Azəriqaz”a xəbərdarlıq edib. Dövlət başçısı hökumətin iclasında “Azəriqaz”ın birtərəfli olaraq hansısa qaydalar tətbiq etdiyini və insanlara problemlər yaratdığını bildirib. Ölkə başçısı bu sahədə şəffaflıq və ədalətin bərpa olunmasını, “Azəriqaz” tərəfindən əsası olmayan işlərə son qoyulmasını tələb edib.

Bununla bağlı isə “Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kərbalayev Cebhe.info-ya 2 may tarixində açıqlama verərək qaz təchizatı üzrə müraciətlərin araşdırılması və operativ həlli ilə bağlı, “Azəriqaz” İstehsalat Birliyi və Enerji məsələlərinin tənzimlənməsi üçün İşçi Qrupu yaradıldığını bildirmişdi.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 474