hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

“Bakı bu kimi danışıqlardan geri çəkilməlidir” – ŞƏRH

“Bakı bu kimi danışıqlardan geri çəkilməlidir” – ŞƏRH

Xəbər verildiyi kimi, bu gün Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Moskvada ATƏT-in Minsk qrupunun üzvülərinin və Rusiya xarici işlər naziri Sergey Lavrovun birgə iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq.

Cebhe.info xəbər verir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə məsələyə münasibət bildirib.

O qeyd edib ki, Qərbdə keçirlən görüşdən sonra Moskva görüşü Rusiyanın öz moderatorluğunu saxlamaq cəhdidir:

“Vaşinqton artıq Qarabağ konfliktinin həlli ilə bağlı yenidən taym-aut götürdü. Ötən il göstərdiyi fəallıq isə nəticəsiz qaldı. ABŞ gördü ki, İrəvanda inqilab heç də Ermənistanın müstəqilliyinə gətirib çıxarmadı. Ölkə Rusiyanın nəzarətindədir. Ona görə də prosesdən uzaqlaşaraq Minsk qrupu çərçivəsində ənənəvi siyasətinə qayıtdı. Moskvada Minsk qrupunun iştirakı ilə keçirilən görüşdə Vyanada əldə olunan humanitar missiyaların həyata keçirilməsi istiqamətində razılaşmaya əsasən, Ermənistan girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması müzakirə oluna bilər. Amma, Ermənistan tərəfinin girovların azad olunması istiqimətində əməli addım atmaması və prosesi qəsdən uzatması gözlənilir”. 

Politoloq əlavə edib ki, Moskva görüşü cəbhə zonasında atəşkəsin qorunmasına və Ermənistanı hərbi təzyiqlərindən qorunmağa hesablanıb: 

“Rusiya göstərmək istəyir ki, proses artıq öz nəzarətindədir və hərbi eskalasiyaya çalışacaq ki, imkan verməsin. Əgər Vyana görüşü nəticəsiz başa çatdısa, demək Moskva görüşü manipulyasiyadır. Rəsmi Bakı bu kimi danışıqlardan geri çəkilməlidir.

Qeyd edim ki, cəbhə xəttində artıq silah səsləri aydın eşidilməyə başlanıb. Vyana görüşündən sonra bu gözlənilirdi. Azərbaycan artıq güc yoluna üstünlük verməlidir. Diplomatik danışıqların heç bir nəticəsi yoxdur. Bu zaman nəticə ola bilər ki, Rusiya kənara çəkilsin.

Azərbaycan nə etməlidir? Əgər cəbhə xəttində işğalçıya güclü zərbələr endirilsə, proses 180 dərəcə Azərbaycanın leyhinə olacaq. Biz Ermənistan rəhbərliyinə kifayət qədər vaxt verdik ki, ölkədə daxili siyasi sabitliyə nail olsunlar, hakimiyyətini gücləndirsinlər. Amma Ermənistan rəhbərliyi tam başqa bir istiqamət aldı. Rusiyanın bu "sülhpərvər" danışıqlarana ümid etməməliyik. Krımı işğal edən bir ölkə MDB məkanında bu kimi münaqişlərə yaşıl işıq yandırmayacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1814