hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“Bakı Vaşinqtona nota verməlidir” – ŞƏRH

“Bakı Vaşinqtona nota verməlidir” – ŞƏRH

“ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq Qarabağ münaqişəsinin həllində bir neçə dəfə aktivlik göstərib. Amma Rusiyanın münaqişənin həllinə yanaşması daim ikili standartlardan olub”.

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Ekspert qeyd edib ki, ABŞ Konqresinin bəzi üzvlərinin Qarabağa səfər etməsi, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsddir:

“ABŞ-ın işğalçı ölkə olan Ermənistana təzyiqlər etmək üçün əlində ciddi rıçaqları var. Təəssüf ki, öz maraqları kontekstində bəzi ölkələrə qarşı ciddi təzyiqlər edən Vaşinqton Cənubi Qafqazda öz geosiyasi maraqlarını təhdid edən Qarabağ münaqişəsinin həllində Yerevana təzyiq etmir. 

Çünki hələ də erməni lobbisi regionla bağlı ABŞ-ın siyasətinə təsir edə bilir. ABŞ həmsədr ölkə olaraq buradakı separatçılarla heç bir ünsiyyət qurmamalı, Abxaziya, Cənubi Osetiya və digər separatçılara sərgilədiyi siyasəti buradakı separatçılara da nümayiş etdirməlidir. ABŞ siyasətini dəyişməsə, Cənubi Qafqaz uğrunda Rusiya ilə rəqabətdə uduzacaq. Separatizmə və işğala ABŞ, Rusiya ilə eyni siyasət ortaya qoyursa, demək Vaşinqtonun region siyasəti Moskvanın təzyiqləri ilə üzləşəcək. Bu, onu göstərir ki, Vaşinqton bu siyasəti ilə ədalətli şəkildə münaqişəni həll edə bilməz. İlk növbədə ikili standartları aradan qaldırmalı və separatçılara sanksiyalar tətbiq etməlidir. Qeyd edəm ki, ABŞ Konqresinin üzvlərinin işğal olunmuş ərazilərə gəlməyinə görə rəsmi Bakı Vaşinqtona nota verməlidir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1970