hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

“Bakıda bu qədər polisin hər addımbaşı olmasına ehtiyac yoxdur” - Ekspertdən etiraz 

“Bakıda bu qədər polisin hər addımbaşı olmasına ehtiyac yoxdur” - Ekspertdən etiraz 

Bakı şəhəri nə Bağdaddı, nə də Kabil bu qədər təhlükəsizlik tədbirlərinə ehtiyac olsun. Hər addımbaşı polis və digər təhlükəsizlik əməkdaşlarının şəhərdə olması turistlərdə təhlükəsizlik probleminin olması fikri yaranır”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında paylaşıb:

“Ola bilər ki, kəşfiyyat məlumatlarına əsasən, təhlükəsizlik bu qədər gücləndirilib. Onda belə çıxır ki, xarici siyasətimizdə problem var. Amma, Azərbaycan Qərblə sıx əməkdaşlıq edir, islam ölkələri ilə əməkdaşlığı yüksək səviyyədədir.

Terror təşkilatları bir sıra ölkələrin məxfi orqanlarının təlimatı ilə hərəkət edir, siyasi qərarla idarə olunurlar. Terror təşkilatlarını əlində alət edən dövlətlərdə məlumdur. Azərbaycanın Qarabağ kimi böyük problemi var. Maraqlı ölkə bundan təzyiq kimi onsuzda istifadə edir. Terror təşkilatlarını idarə edən bəzi dövlətlər Azərbaycanda ümumiyyətlə terror və təxribatlarda maraqlı deyil. Ölkəmiz təhlükəsizdi və Bakıda xarici qonaqlar sərbəst hərəkət edir. Belə çıxır ki, İngiltərə XİN bəyanatı bu qədər Bakıda polisin cəlb olunmasına əsas yaradıb. Bizim xalqımız tolerant xalqdı. Xarici qonaqlarda yüksək səviyyədə razı qalacaqlar. Bakıda bu qədər daxili qoşun və polisin hər addımbaşı olmasına ehtiyac yoxdur”.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 661