hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

“Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək

“Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək

“Barselona” Lionel Messinin qol sevincinə görə 3000 avro cərimələnəcək.

Unikal.org xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Belə ki, FIFA qaydalarına əsasən oyunçular formalarının altında üzərində başqa loqo, emblem, sloqan, işarə, akronim, şəkil və s. olan digər forma geyinərək nümayiş etdirməməlidir.

Qeyd edək ki, noyabrın 29-da İspaniya La Liqası çərçivəsində keçirilən “Barselona” – “Osasuna” matçının 73-cü dəqiqəsində ev sahiblərinin kapitanı Lionel Messi rəqibin qapısından mükəmməl qol keçirib. O, bu qolu noyabrın 25-də 60 yaşında vəfat edən həmyerlisi, əfsanəvi futbolçu Dieqo Maradonaya həsr edib. Belə ki, Messi “Barsa” formasını çıxararaq, vaxtilə Maradonanın geyindiyi “Newell's Old Boys” formasını nümayiş etdirib. Hakim bu hərəkətinə görə argentinalıya sarı vərəqə göstərib.

Xatırldaq ki, Lionel Messi də futbolçu karyerasına “Newell's Old Boys” klubunda başlayıb.

Cebhe.info


Oxunma sayı: 1167

Bizim Telegram səhifəmizi izləyin