hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Belə vəziyyətdə SOCAR az qala 3 mlrd. dolları ölkədən çıxarır” - EKSPERT

“Belə vəziyyətdə SOCAR az qala 3 mlrd. dolları ölkədən çıxarır” - EKSPERT

SOCAR son maliyyə hesabatını açıqlayıb. 2020-ci il ərzində şirkətə xarici valyutada olan qısamüddətli öhdəliklərini və uzunmüddətli borclarının cari ilə düşən hissəsini ödəmək üçün 3 mlrd. dollara yaxın vəsait lazımdır.

Cebhe. info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev tədiyə balansını xarici valyutaya tələbat baxımından analiz edərkən təkcə əmtəə-xidmət idxalının dinamikasına və miqyasına baxmağın kifayət olmadığını deyib:

“Belə böhranlı vəziyyətlərdə ölkədən ödənməli olan xarici borcların həcmi, repatriasiya olunmalı depozit və investisiyaların məbləği daha önəmlidir. Nəzərə alın ki, SOCAR-ın gəlirlərinin az qala 80%-i daxili bazarda manatla formalaşır, xarici valyutada gəlirləri onsuz da çox kiçikdir. Dünya bazarlarında kəskin qiymət ucuzlaşmasından, dolayı isə xarici valyutada xalis qazanclar az qala 3-4 dəfə azalır. Belə vəziyyətdə SOCAR valyuta bazarından da az qala 3 mlrd. dollar xarici borc ödənişləri üçün alır və ölkədən çıxarır. Yəni məsələ əhalinin əlindəki 300-500 mln. manatı dollara çevirməkdə və onun yaradacağı ajiotajda deyil”.

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 7129