hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Beynəlxalq ictimaiyyəti, ATƏT Minsk Qrupu həmsədrlərini reaksiya verməyə çağırıram” – MİLLƏT VƏKİLİ

“Beynəlxalq ictimaiyyəti, ATƏT Minsk Qrupu həmsədrlərini reaksiya verməyə çağırıram” – MİLLƏT VƏKİLİ

“Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni barbarlığının əyani təzahürüdür”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə millət vəkili Vüqar Bayramov bildirib:

“Əvvəlki dönəmlərdə də ermənilərin yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutması nəticəsində təmas xəttində, o cümlədən doğulub boya başa çatdığım və hazırda parlamentdə təmsil etdiyim Füzuli rayonunda mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub.

Uzun müddət bir sıra aparıcı beynəxalq təşkilatlarda çalışmış və hazırda da parlamentlərarası əlaqələr üzrə işçi qruplarından birinin rəhbəri olan millət vəkili kimi beynəlxalq ictimaiyyəti, ATƏT Minsk Qrupunun həmsədrlərini Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməyə və ciddi qınamağa çağırıram”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 12222