hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

“Bidzina İvanişvili ölkəsini xaosa sürükləyir” – ŞƏRH

“Bidzina İvanişvili ölkəsini xaosa sürükləyir” – ŞƏRH

“Gürcüstanla sərhəddə “Keşikçidağ” mağara-məbədlər kompleksində sərhədçilərimizə qarşı baş verən insidentlə əlaqədar rəsmi Tiflisə nota veriməli, tez bir zamanda təxribatçıları öz sərhədçiləri tərəfindən əraziyə buraxılmamalıdır”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

“Qeyd edim ki, Gürcüstan hakimiyyəti belə bir insdentdə maraqlıdır və vətəndaşlarının bu kimi hərəkətlərini kordinasiya edir. Sərhəddə əsgərlərimizə qarşı bu təxribatın qarşısı mütləq alınmalı idi. Postda yaxınlaşan həmin təxribatçılara, hətta atəş açılmalı idi. Oradakı əsgərin tam hüququ var idi, ona qarşı hücumun qətiyyətlə qarşısını alsın.

Bu qüvvələr Tiflisdə hazırlanıb göndərilən təxribatçılardı, məqsəd gərginləşən Rusiya-Gürcüstan gərginliyini arxa plana keçirməkdir. Bu hadisə ilə əlaqədar Gürcüstan hakimiyyəti məsuliyyət daşıyır. Göründüyü kimi qonşularla əlaqələri korlamağa çalışan Gürcüstan hakimiyyətinin siyasi səhnədən getmək vaxtı yaxınlaşıb. Bidzina İvanişvili ölkəsini xaosa sürükləyir”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1475