hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Bir ailənin problemini həll edə bilməyən Əli Kərimli Qarabağ problemini həll edəcək?”- Rəfail Becanov

“Bir ailənin problemini həll edə bilməyən Əli Kərimli Qarabağ problemini həll edəcək?”- Rəfail Becanov

“Mənə görə hər hansı bir şəxsin ailəsində baş verənlərə gülmək, sevinmək, rişxənd etmət olmaz. Siyasi baxışlarından, sosial statusundan asılı olmayaraq, bu məsələlər bir az şəxsi məsələdir və hər kəsin yanaşması da belə olmalıdır. Şəxsən Fuad Qəhrəmanlının ailəsində baş verənlərə görə üzülürəm. Bu, bir ailə faciəsidir. Ancaq baş verənlər ictimai yüklü bir şəxsdən və onun ailəsindən gedirsə, məsələnin digər tərəfləri də var və bunu görməzdən gəlmək də mümkün deyil... Çünki onun təmsil olunduğu təşkilatın rəhbəri insan haqlarının yeganə müdafiəçisi kimi ancaq özünü görür”.


 

Cebhe.info xəbər verir ki, bunu “Cümhuriyər” qəzetinin baş redaktoru Rəfail Becanov “Yurd” sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının qızının ailədə zorakılığa məruz qalması barədə müraciətinə münasibət bildirərkən deyib.  

Bildirib ki, problemin böyüməsinin də səbəbi məhz  Əli Kərimlinin özünü insan haqlarının yeganə müdafiəçisi kimi görməsindədir:“Söhbət ölkənin gələcəyinə iddia edənlərdən gedirsə, məsələnin ictimai əhəmiyyəti daha da böyüyür. İndiki durumda Fuad Qəhrəmanlı və onun ailəsi ətrafında baş verənlərin də bu qədər müzakirə mövzusuna çevrilməsinin səbəbi bundadır. Çünki Fuad Qəhrəmanlının lideri, rəhbəri olan Əli Kərimli öz çevrəsində, müavini və onun ailəsi ətrafında baş verən olayı, problemi, şiddəti müraciət olunmasına, kömək umulmasına baxmayaraq, həll edə bilməyib, amma dövlət problemlərini həll etməyə iddia edir. Tam bir paradoks...

Problemdən, baş verənlərdən bu ailəyə yaxın, həmin ailənin lideri, hətta iclaslarını belə onların evində keçirən Əli Kərimli məlumatlı olubsa və problemin həllinə cəhd etməyibsə, ya laqeydlik göstərib, ya da bacarmayıb. Laqeydlik də, bacarıqsızlıq da eynidir və nəticə etibarı ilə adamın düşüncəsinin, potensialının iddialarına adekvat olmamasıdır. Əli Kərimli laqeydlik edibsə, sabah bütün mümkün və qeyri-mümkün vasitələrlə yiyələnmək istədiyi hakimiyyətə sahiblənərsə, ölkəyə, cəmiyyətə, milyonlarla ailəyə görün hansı laqeydliyi göstərər! Ya problemi həll edə bilməyibsə, bu laqeydlikdən də betərdir! Demək, ətrafında olan, onun liderliyini qəbul edən bir ailənin problemini, münaqişəsini həll edə bilməyən adam sabah milyonlarla ailənin sosial, iqtisadi problemini, yaxud Qarabağ problemini həll edəcək? O, topluma, 10 milyonluq xalqa nə verəcək və ya bu xalq ondan nə öyrənəcək!?

İndi Əli Kərimlidən soruşan lazımdır ki, 28 sentyabra təyin etdiyin mitinqdə bu məsələlərdən də, ailə zorakılığından da, qadın hüquqlarından da danışacaqsanmı? Yoxsa, sən də müşavirin kimi şiddətə, təhqirə haqq qazandırıb, bu ailədaxili söz-söhbətdir və bir çox ailədə olur, ancaq burada məsələ çox şişirdilib deyəcəksən?”
Cebhe.info


Oxunma sayı: 22617