hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“Bir-birini təkrarlayan dövlət vəzifələri nəyə lazımdır? – ŞƏRH

“Bir-birini təkrarlayan dövlət vəzifələri nəyə lazımdır? – ŞƏRH

“Fikirləşirəm, bu qədər bir-birini təkrarlayan dövlət vəzifələri nəyə lazımdırə Demək Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi var, Prezidentin İqtisadi İslahatlar və Sənayə Məsələləri üzrə Köməkçisi var, həmçinin də İqtisadiyyat Nazirliyi var. Görəsən, iqtisadiyyata bunların hansı rəhbərlik edirə Belə misalları istənilən qədər çəkmək olar”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev sosial şəbəkə hesabında paylaşıb:

“Ümumiyyətcə, mən hüquq-mühafizə orqanlarının rəhbəri və xarici işlər naziri, yəni prezidentin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasına daxil olan nazirlər istisna olmaqla, Nazirlər Kabinetinin digər üzvlərinin Milli Məclisdəki çoxluq tərəfindən təşkil edilməsinin tərafdarıyam. Sosial-iqtisadi sahəyə rəhbərli baş nazirin nəzarətində olsa, daha yaxşı olar. Baş nazir parlament seçkilərində qalib gəlmiş partiyanın nümayəndələrindən olsun, mütləq əksəriyyət təmin olunmadıqda koalisiya hökuməti yaradılsın. Yəni, hakimiyyət prezident və baş nazir arasında bölüşdürülsün. Prezident Administrasiyası isə nəzarətedici funksiyadan daha çox məsləhətverici funksiyaya keçsə, məncə, daha yaxşı olardı”.

Əhməd
Cebhe.info


Oxunma sayı: 1508